Modern.az

Tarix bir daha təkrarlanmayacaq

Tarix bir daha təkrarlanmayacaq

11 Noyabr 2012, 22:22

Modern.az Milli Məclisin deputatları ilə Azərbaycanda fəaliyyət göstərən Ali təhsil müəssisələrində təhsil alan tələbələr arasında əməkdaşlığın genişləndiilməsinə xidmət edən deputat-tələbə layihəsinə yenidən start verdi. Bu layihə çərçivəsində deputat Rövşən Rzayevin təqdim etdiyi “Qarabağın Azərbaycanlı və erməni icmaları arasında danışıqların bərpası torpaqların azad edilməsinə necə təsir edə bilər?” mövzusu ilə bağlı daxil olan tələbə yazılarını təqdim edirik.

Tarixən Azərbaycan türklüyünün bütövlüyündə açdığı ən dərin yara ermənilərin adı ilə bağlıdır.Ermənistanın azərbaycansızlaşdırılmasının son mərhələsi 1988-ci ildən başlayır.1988-ci ildən başlanan Dağlıq Qarabağ məsələsi, dünya ictimaiyyətini ayağa qaldıran əsrin soyqırımı, Xocalı faciəsi bu millətçi münaqişənin son kuliminasiyası oldu. XX yüzilliyin ən böyük faciəsi olan Xocalı soyqırımını ermənilər törətdilər. Onlar terrorçu təşkilatlar yaradıb, türk və azərbaycan xalqına qarşı geniş miqyaslı qətillər və tarixdə analoqu olmayan vəhşiliklər etdiler. Fevral ayından  başlayaraq ortalığa atılmış Qarabağ məsələsi qızışdıqca erməni- azərbaycan münasibətləri daha da gərginləşdi və qarşıdurmaya çevrildi. 1988-ci ilin noyabrında azərbaycanlılar rus hərbiçiləri və ermənilərin müşayiəti ilə Ermənistanı tərk etməyə məcbur olundular. Noyabrın 27-29 da Böyük Qarakilsədə, Hamamlıda, Calaloğlunda dəhşətli cinayətlər törədildi. Erməni hərbiçilərinin silah təchizatını yaxşılaşdırması Azərbaycan hərbiçilərindən olan üstünlüyünü daha çox biruzə verdi. Buna görə də erməni həcbiçilərinin qarşısında bizim könüllü hərbi birləşmələrimiz lazımı səviyyədə duruş gətirə bilmədi. Bunun nəticəsində 1991-ci ilin oktyabrından 1992-ci ilin yanvarına qədər Xocalının Cəmilli, Meşəli kəndləri, Xankəndinin Kərkicahan, Ağdamın Qərvənd, Xocavəndin Xocavənd və Tuğ, Goranboyun Ballıqaya, Başqışlaq və başqa kəndləri düşmən işğalına məruz qaldı. Xocalının ermənilərin əlinə keçməsi onlar üçün mühüm əhəmiyyət kəsb edirdi. Xocalıda Dağlıq Qarabağda yegane hava limanı yerləşirdi. Xankəndinə təyyarə ilə gələnlər Xocalı aeroportunda enməli idilər. Həm də Xocalı Şuşa şəhərinin strateji məntəqəsi idi. Düşmən də ilk zərbəni məhz hava limanına vurdu. Erməni hərbiçiləri ilə yanaşı bu zaman 366-cı rus hərbi alayının qüvvələri, Dağlıq Qarabağın erməni bölmələri, xaricdən gətirilən terrorçu dəstələr iştirak etmişdilər. Bu hücumda Xocalı tamamilə məhv edildi. Xocalının sükutu ilə Şuşa şəhəri tam mühasirəyə alındı. Azərbaycan hərbi hissələrinin döyüş texnikası şəhərdən cıxarıldı. Əsgərlərimiz Şuşanı canlı divarlarla əhatə etsələr də texnika qarşısında duruş gətirə bilmədilər. Mayın 8-i Şuşa sükut etd.i O zaman Xocalı rayonunun prokuroru Hacı Atakişi Atakişiyev dəfələrlə Ayaz Mütəllibova, Prezident aparatına, Müdafiə nazirliyinə melumat verildiyini, lakin heç bir cavab alinmadığını deyirdi. Xocalı o vatkı bəzi üzdəniraq rəhbər işçilərin, vəzifə davası edənlərin, savadsız kadrların, qeyrətsizlərin xəyanətinin qurbanı oldu. Bəs bu vaxt rəhbərlik nə ilə məşgul idi? Xocalı faciəsinin günahkarı kimdi? Respublika prezidenti olan Ayaz Mütəllibov bu məsələyə biganə yanaşırdı.Bəli bu vəziyyətdə ölkədə hərc- mərclik özbaşınalıq hakimiyyətdə isə böyük bir boşluq vardı Ermənilər rusların köməyi ilə Xocavənd rayonunu mühasirədə saxlayırdılar Vəziyyəti yaxından örgənmək üçün bir qrup ziyalılarımız təyyarə ilə hadisə yerinə yollandılar 19991-ci il noyabr ayının 20-də erməni qəsbkarları Qarakənd yaşayış məntəqəsi yaxınlığında təyyarəni vurdular Bu hadisə bütün Azərbaycanı sarsıtdı Xocalı əhalisinin həyatı siyasi oyuna qoyulmuşdu Bacarıqsız dövlət başçıları isə heç də Xocalı həqiqətlərini dünyaya çatdırmağa tələsmədilər Ermənilərsə Sumqayıt olaylarını əllərində bayraq edərək bütün dünyaya Azərbaycanı təcavüzkar ölkə kimi tanıtmaqda məşğul idi Ermənistanın müharibə zamanı beynəlxalq hüquq normalarına məhəl qoymaması ilə bağlı çoxsaylı faktlar məlumdur Xocalıda qadağan olunmuş silahlar sınaqdan çıxarılmışdı Soyqırım zamanı istifadə olunan və tərkibində zəhərli kimyəvi maddələr olan mərmilər dairəvi güllələrdən istifadə olunması bu müharibənin nə qədər ədalətsiz olduğunu bir daha sübut etdi Xocalı soyqırımını ilk dəfə məhz Çingiz Mustafayev lentə almışdı.Həmin dövrdə “Dostluq Əməkdaşlıq və Qarşılıqlı təhlükəsizliyi” haqqında müqabilənin bağlanması Rusiyadan Ermənistana ötürülən silah sursatın dünya birliyi tərəfindən görməməzliyə vurulmasına şərait yaratmışdı. Bu da təbii ki, erməni millətçilərini daha da azğınlaşdıraraq cəbhədə daha tez-tez hücuma sürükləyirdi. Bu əslində bir növ Dağlıq Qarabağ ermənilərini Azərbaycana qarşı açıq- aşkar silahlandırmaq idi. Hökümət Azərbaycan ordusunu təşkil etmək üçün 1991-ci il oktyabrın 9-da Ali Sovet, “Azərbaycan Milli özünü müdafiı qüvvələri” haqqında qərar qəbul etdi. Yalniz bundan sonra könüllülərdən ibarət olan müdafiə dəstələri formalaşmağa başladı. Xocalı faciəsi barədə bütün ölkələrdən əcnəbi jurnalistlər yazdılar,göstərdilər.Məsələn:Fransalı müxbir Jamit Yunev baş vermış hadisəni bu cür təsəvvür edirdi:” Biz Xocalı faciəsinə şahid olduq. Yüzlərlə cəsəd gördük. Bunların icərisində qadınlar,uşaqlar,qocalar da vardı. Göydən gördüklərimizi kamera ilə çəkirdik, lakin bu zaman ermənilər vertolyota atəş açmağa başladılar. Biz çəkilişi yarimciq saxlayib geri qayıtmağa məcbur olduq. Ermənistanın bu cur azğınlıq etmələri onların Rusiyadan dəstək alması idi. “Finansial Times” qəzeti də Xocalı haqqında yazmışdı. Ermənilər Ağdama geden qaçqınları atəşə tutdular. Livandan gələn reportyor ermənilərin Qarabağa silah və könüllü  göndərdiklərini təsdiq edib. Xocalı hadisəsinin şahidi olmuş erməni qəzetçisi Davud Keyriyan isə “For the Sake of Gross” kitabında yazırdı:”Ölülərin yandırılması tapşırılmış “Kaplan” adlı erməni qrupu Xocalının 1 km qərbindəki bir yerə martın 2-də 100 azərbaycanlı cəsədini gətirib yığdı. Son yük maşınında 10 yaşlı bir qəz uşağı gördüm. Başından və əlindən yarali idi”. Təəəssüf ki müasirlərimizin gözü qarşısında baş verən bu ağır faciəyə dünya ictimaiyyəti də biganə qalmış, ona prinsipial mənəvi- siyasi qiymət verilməmişdir. Yalniz Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Xocalı faciəsinə layiq olduğu qiymət verildi. Azərbaycan iqtidarının yeritdiyi daxili və xarici siyasətdən narazı qalan xalq artıq ümidini Heydər Əliyevə bağlamışdı. 1992-ci ilin oktyabrinda ziyalılardan ibarət 91 nəfər “Səs qəzeti” vasitəsilə o vaxtki Naxçıvan MR-nın Ali Məclisinin sədri olan Heydər Əliyevə müraciət etdi. Heydər Əliyevin Ali Sovetin sədri secilməsi ölkənin parcalanmasının qarşısını aldı. İlk öncə cəbhədə vəziyyət sabitləsdirmək, müharibəni dayandırması şərt idi. Lakin bəhs edilən dövrdə Azərbaycan hec bir xarici dövlətdən dəstək almamışdı. Məhz bunun nəticəsində Amerika Konqresi təcavüzə məruz qalmış Azərbaycanı Ermənistanı blokadaya almaqda günahlandırdı.  Konqresin 1992-ci ilin oktaybrnda “Azadlığı müdafiə aktı”-na etdiyi 907 saylı düzəliş Azərbaycan Respublikasına, Amerika dövlət səviyyəsində yardımı qadağan edirdi. Bütün bu uğursuzluqların qarşısını məhz ulu öndər Heydər Əliyev aldı. Ordu quruculuğunda vaxt qazanmaq üçün Rusiya tərəfindən təklif edilmiş Bişkək protokolunu imzalamağı qəbul etdi. Heydər Əliyevin xarici siyasəti nəticəsində bir çox təşkilatlar, o cümlədən, BMT Ermənistanın Azerbaycana təcavüzünü tanıdi. Buna görə də 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistanı işğalçı dövlət kimi tanıyan 4 qətnamə qəbul etdi. BMT Təhlükəsizlik Şurası Qarabağ münaqişəsinə dair 822, 853, 874, 884 saylı qətnamələri  hələ də yerinə yetirilməmiş qalır. Bu gün Azərbaycan dünya dövlətləri arasında mühüm nüfuza malikdir. Ümummilli liderin səyi nəticəsində Azərbaycan Cənubi Qafqazda söz sahibidir.  Tarixin müxtəlif vaxtlarını səhifələdikdə görürük ki erməni milləti başqa xalqların ərazisi hesabına özlərinə dövlət yaratmağa çalışıblar. XX əsrin sonunda elan olunmayan Qarabağ müharibəsi Azərbaycanın torpaqlarının 20% işğal olunması ilə nəticələndi. Hazırda müharibə şəraitində yaşayan Azərbaycan ordu quruculuğuna göstərdiyi qayğiya görə Cənubi Qafqazda əsas aparıcı dövlət hesab olunur. Bir milyondan artiq məcburi köçkünü olan bu xalq Ermənistana necə güzəştə gede bilər ki?! Qardaş Türkiyənin bu məsələdə Azərbaycanı dəstəkləməsi,həm də Ermənistanla sərhədləri bağlaması bu dövlətin istər iqtisadi,istersə də olmayan nüfuzuna mənfi təsir gösterməkdədi. Azərbaycan torpagı hesabına yaradılan qondarma dövlətlə barışıq bizim millətə təhqir ola bilər. Bu torpaqlar hec vaxt güzəştə gedilə bilməz. Rusiyanin bu məsələdə ikibaşlı siyasət yürütməsi Azərbaycanı oz fikrindən döndərə bilməz.Bu torpaqlar ezelden bizim olub, ister danişıqlar yolu ilə istersə də muharibə yolu ilə Azərbaycana qayitmalıdır.

 

Qasimova Dürdanə,

Qerb universiteti

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir