Modern.az

Azərbaycan-Odlar Yurdum!

Azərbaycan-Odlar Yurdum!

Dünya

8 Noyabr 2012, 22:29

Modern.az Milli Məclisin deputatları ilə Azərbaycanda fəaliyyət göstərən Ali təhsil müəssisələrində təhsil alan tələbələr arasında əməkdaşlığın genişləndiilməsinə xidmət edən deputat-tələbə layihəsinə yenidən start verdi. Bu layihə çərçivəsində deputat Rövşən Rzayevin təqdim etdiyi “Qarabağın Azərbaycanlı və erməni icmaları arasında danışıqların bərpası torpaqların azad edilməsinə necə təsir edə bilər?” mövzusu ilə bağlı daxil olan tələbə yazılarını təqdim edirik.      

Azərbaycan-Odlar Yurdum!Qədim tarixə,füsünkar təbiətə malik bir ölkə…Tarixin səhifələrini   vərəqlədikcə gözümüzün önündə Azərbaycan xalqinin keçmişi canlanir…Bu səhifələrdə nələr  yazilmayib ki?...

      Oxuduqca insanin xəyali cox-cox uzaqlara gedir…Burada Nizami dühasi, Füzuli lirikasi görünür,Koroğlu cəngisi eşidilir…Nəbi,Babək,Çingiz kimi mərd oğullar baxir,Üzeyir musiqisi səslənir…

       Yeralti və yerüstü sərvətləri,Baki nefti,insani heyran edən təbii gözəllikləri,saf havasi olan Azərbaycan…

        Azərbaycanin gözəlliklərini,yeralti,yerüstü sərvətlərini saymaqla qurtaran deyil.Buna görə də vətənimin başi çox bəlalar çəkib,ona göz dikənlər çox olub.Azərbaycani yağli tikə kimi udmaq istəyənlərin niyyəti hər zaman gözlərində qalib.

        Azərbaycan xalqi uzun illər zülm və əsarətdə yaşasa da ayilmis, öz haqqi, istiqlaliyyəti, müstəqilliyi uğrunda mübarizə aparmişdir.Bu mübarizəyə M.Ə.Rəsulzadə kimi müdrik adamlar başçiliq etmişdir.

        Azərbaycan milli istiqlal hərəkati təkcə türk əllərində deyil, bütün islam aləmində ilk respublika üsul-idarəsinin təməl daşini qoymuşdur.

        1918-ci ilin may ayinin 28-in də butun ölkələrin radio stansiyalari və qəzetləri Azərbaycan istiqlaliyyətinin élan olunmasini dünyaya  yayirdi.Bu o demək idi ki, Azərbaycan xalqi mövcudluğunu bütün bəsəriyyətə çatdirdi.Ömrü uzun olmadi bu müstəqil dövlətimizin.Lakin, təməli 1918-ci ildən qoyulan müstəqil Azərbaycan uzun illərdən,yəni 70 ildən sonra yenə 1990-ci ildə öz müstəqilliyini qazandi.Müstəqillik qazansa da başimizdan bəlalar əskik olmadi.

         Vətənimizi gözü götürməyən, uzun illər çörəyimizi yeyib, suyumuzu içən bədnam qonşularimiz ayagimizin altin qazib.Bu təkcə yaxin illərdən deyil tarix yaranandan belədir.1988-ci ildən işğalçiliq siyasətini yeridərək torpaqlarimizi ələ keçirməyə cəhd etmişlər.

         Elə həmin ildən Dağliq Qarabağda ermənilərin kompakt yaşadığı yaşayıs məntəqələrindən azərbaycanlılar qovulmağa başlayır.Sentyabrdan Dağlıq Qarabağın ən böyük yasayis məntəqəsi olan Xankəndindən butun azərbaycanlilar qovulur.

        1989-cu ilin yarisindan etibarən Sovet ordusunun hərbi dəstəyinə arxalanan erməni silahli birləsmələri Dagliq Qarabag Muxtar Vilayətinin azərbaycanlilar məskunlasmis yasayis məntəqələrinə hucum etməyə baslayirlar.

         1989-cu ilin iyul ayinin 29-da Ermənistan ərazisində Azərbaycandan gedən qatarlara olan hucum neticəsində Ermənistanla Azərbaycan arasinda dəmiryolu əlaqəsi kəsilir.1990-ci ilde Ermənistan aciq səkildə Azərbaycana qarsi isgalciliq fəaliyyətinə start verdi.Bir sira bolgələrdə silahli caxnasmalar yaratdilar.Lakin isgalciliq siyasətini pərdələmək ucun 1991-ci ilin sentyabrin 2-de erməni separatcilari Azərbaycan Respublikasinin Dağlıq Qarabag regionunda qeyri qanuni olaraq Dagliq Qarabag Respublikasinin qurulmasini bəyan etdilər.Bundan sonra prezidentler munaqisənin sulh yolu ile həlli barədə raziliga gəldilər.Lakin, həmisəki kimi ermənilər isgallarini davam etdirdilər.Bir-birinin ardinca 1992-ci il Xocali,Susa,Lacin,Xocavənd,1993-cu il Kəlbəcər,Agdərə,Agdam,Cəbrayil,Fuzuli,Qubadli,Zəngilani isgal etməklə olkəmizin besdə birini tapdaqlari altina almislar.Ermənilerin élan olunmamis apardiqlari bu muharibələrdə Azərbaycan xalqina boyuk itkilər uz vermisdir.Bu itkilər xalqimizin bir milyon əhalisini qacqin,didərgin vəziyyətinə salmisdir.Xalqimizin secmə ogullari səhid oldular.Respublikamizi bu agir vəziyyətdən cixarmaga ,onu bu qirgin və fəlakətdən qurtarmaga mudrik bir siyasətci, dovlət xadimi lazim idi.

          Belə bir agir vəziyyətdə xalq cixis yolu tapmaq ucun əvvəllər də Azərbaycan dovlətinin rəhbəri olan mudrik insani, boyuk siyasətci Heydər Əlirza oglu Əliyevi Bakiya dəvət etdilər.Boyuk siyasətci oz mudrik  siyasəti nəticəsində olkəmizi yuksəltməyə basladi,beynəlxalq aləmde tanitdi.

         Illərlə Azərbaycan Ermənistan arasinda davam edən silahli munaqisə bolgədə və beynəlxalq aləmde təhlukəsizliyə və sulhə təhlukə yaradir.20 ildir ki, isgal altinda olan torpaqlarimizin isgaldan azad olunmasi yolunda aparilan sulh danisiqlari hec bir nəticə vermir.Ermənilərin isgalciliq siyasəti bu gun də davam edir.

          Artiq bir necə ildir ki, Dagliq Qarabagin azərbaycanli icmasinin ictimai təskilati movcuddur.Biz dəfələrlə Erməni icmasi ile gorusun təskil edilməsini təklif etmisik, hətta neytral bir ərazidə-Fransada,Almaniyada.Lakin erməni tərəfi hansisa səbəbdən belə gorusdən israrli səkildə imtina edir.Ermənistan beynəlxalq cinayətlər torədərək Azərbaycan torpaqlarinda etnik təmizləmə siyasəti yurudurlər.Rəsmi Yerevan munaqisəyə muvafiq həll tapmaq əvəzinə hadisələri qizisdirmaga calisir.

          Davam edən siyasi cəhdlərə baxmayaraq Azərbaycanin isgal olunmus ərazilərində beynəlxalq huququn pozulmasi hallari artir,isgal olunmus ərazilərdəki movcud status pozulur,etnik təmizləmə siyasətinin nəticələri saxlanilir.Butun bunlar munaqişənin sulh yolu ilə həllinə ciddi maneələr yaradir.Munaqisənin baslanmasindan keçən dovr ərzində isgal olunmuş ərazilərdə məskunlasma hallari stimullaşdirilir.Işgal olunmuş ərazilərdə hec bir Azərbaycan tarixi və mədəni abidəsi qalmiyib,hec bir muqəddəs yer vandalizmdən xilas ola bilməyib.Həmin ərazilərdə aparilan məskunlaşma, tarixi və mədəni abidələrin dagidilmasi və basqa qeyri qanuni əməllər oradan koçkun duşmuş insanlarin huquqlarini pozur.Dagliq Qarabag və ətraf rayonlarda silahli munaqişənin tezliklə həll olunmasi bizim ucun vacib məsələ olaraq qalir.ATƏT-in Mins qrupunun həmsədr olkələri bolgəyə sulh ve əminamanliq gətirmək səylerin artiriblar.

           Munaqişə ile bagli qətnamələr Erməni silahli quvvələrinin işgal olunmuş ərazilərdən təyin olunmuş vaxt ərzində cixarilmasini tələb edir, butun kommunikasiyalarin bərpasi,qacqin və məcburi koçkunlərin oz dogma torpaqlarina geri qaytarilmasini, Dagliq Qarabagin daxili muxtariyyət statusunu muəyyənləşdirilməsini və bolgəyə sulhməramli quvvələrin yerləsdirilməsini nəzərde tutur.Biz Dagliq Qarabagin Azərbaycan daxilinde yekun statusu ilə bagli danişiqlari davam etdirməyə haziriq.

                                        Vətən quşa bənzər qanadlarinin,

                                                                 Biri bu taydirsa, biri o taydir,

                                         Quş iki qanadla uçar,yuksələr,

                                                                  Mən necə yuksəlim tək qanadimla…

           Bəxtiyar Vahabzadənin “Gulustan” poemasindan olan bu misralarin mənə bu qədər dogma gelməsi,təsir etməsi bəlkə də elə mənim ozumlə, oz taleyimlə bagli olmasindadir.Axi mən də ermənilərin torpaq iddiasinin qurbanlari siyahisindayam.Daha aydin desəm 1993-cu il 2 aprel ermənilərin goz bəbəyimiz olan Kəlbəcəri işgali nəticəsində dogma elimdən kocmək məcburiyyətində qalmişam.

           Xatirlamasam,havasini doya-doya almasam,suyunu icməsəm də valideynlərimin,qohumlarimin xatirələrini təkrar-təkrar esitməkdən ozumu orada boyuyub boya-basa catmiş hesab edirəm.Duzdur dovlət başçimiz bizlər ucun cox rahat şərait yaradir, amma yenə də necə deyərlər “Qurbətdə xan olunca,vətənində dilən gəz.” Bu sozumun yalniş anlaşilmasini istəmərəm,Azərbaycanda mənim vətənimdir,anamdir,amma necə də olmasa damarlarimdan bir kəlbəcərli qani axir.Məhz budur məni ona cəkən,daha cox ora bağlayan.

           Kim bilir bəlkə mən ali təhsilimi başa vurdugum ildən etibarən Kəlbəcərdə oz yerlilərim olan uşaqlara dərs deyəcəm.Bəlkə də cox yaxinda hamimizin vətən həsrəti bitəcək.Necə deyərlər umid ən sonda olur….

    

Şükürova Pərvanə Ədalət qizi,

Baki Slavyan Universiteti

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü