Modern.az

Deputatların aclıq aksiyası başa çatdı

Deputatların aclıq aksiyası başa çatdı

Aktual

18 Noyabr 2012, 11:52

Türkiyədə millət vəkillərin də iştirak etdiyi aclıq aksiyası başa çatıb. Modern.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, BDP rəsmiləri PKK lideri Abdullah Öcalanın çağırışından sonar 67 gün davam edən aksiyanı dayandırdıqlarını elan ediblər.

Qeyd edək ki, Abdullah Öcalanla görüşə icazə verilmədiyi üçün BDP-li 6 deputat da daxil olmaqla xeyli sayda insan Türkiyə hökumətinə qarşı aclıq aksiyası keçirirdilər. Aclıq edən deputatlar həmçinin Türkiyə Böyük Millət Məclisinin iclaslarına qatılmaqdan imtina etmişdilər. BDP tərəfdarları Türkiyə rəhbərliyini kürd əsilli vətəndaşlarına qarşı qərəzli mövqe nümayiş etdirməkdə ittiham edirdi.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!