Modern.az

Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı

Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı

Aktual

18 Noyabr 2012, 11:02

Modern.az Milli Məclisin deputatları ilə Azərbaycanda fəaliyyət göstərən Ali təhsil müəssisələrində təhsil alan tələbələr arasında əməkdaşlığın genişləndiilməsinə xidmət edən deputat-tələbə layihəsinə yenidən start verdi. Bu layihə çərçivəsində deputat Rövşən Rzayevin təqdim etdiyi “Qarabağın Azərbaycanlı və erməni icmaları arasında danışıqların bərpası torpaqların azad edilməsinə necə təsir edə bilər?” mövzusu ilə bağlı daxil olan tələbə yazılarını təqdim edirik.


Qarabağ! Bu ad necə də gözəl səslənir, necə də musiqili və ahəngdardır. Elə bil “Cəngi” də, “Koroğlunun uvertürası” da Qarabağ notu əsasında bəstələnib. Qarabağ – sevimli Üzeyirimizin qədəm açıb yeridiyi torpaq, yurdumuzun dilbər guşəsidir. Vətənimizin dilbər guşəsi, bir zamanlar dillər əzbəri olan Qarabağ torpağı indi düşmən tapdağı altındadır. Odu-ocağı yağmalanmış, torpağı talanmış bu elin həsrəti hamımızın, xüsusən də öz elindən didərgin düşmüş qaçqınlarımızın qəlbini göynədir. Vaxtilə musiqi festivalları keçirilən, çal-çağırdan qulaq tutulan, indi isə gülü-çiçəyi qan ağlayan Cıdır düzünün də gözü nəmli, sinəsi dağlıdır. Azərbaycanın üzük qaşı, konservatoriyanın beşiyi sayılan Şuşa indi haraydadır:Azərbaycan dünyanın cənnət diyarı, şah əsəridir. Bu şahın tacı Qarabağdır. Tacı isə başda gəzdirərlər. İndi bu tacın yeri başımız yox, ürəyimizdir, qəlbimizdir.


Bu gün biz “Qarabağ bizimdir!” deyib özümüzə təsəlli versək də, əslində bilirik ki, Qarabağ bizim yox, düşmənlərin əlindədir və onu qaytarmaq üçün sülh danışıqlarından daha çox, vətənpərvərlik hissi, mübarizə əzmi, qələbə ruhu lazımdır. Qarabağımız dardadır, bizi səsləyir, bizi gözləyir, bizdən kömək diləyir. Bu torpaq yad əlləri, yad nəfəsləri, yad dilləri qəbul etmir. Bu torpaq indi doğma dildən çıxan bircə “Vətən” kəlməsinə həsrətdir. Biz də bu ulu torpağın həsrətindəyik. Biz bu torpağı düşmən tapdağı altında qoya bilmərik. Vətən! Bu kəlmə təmiz ürəklər qədər safdır, pakdır, müqəddəsdir. Ana qucağı qədər əziz, ana nəfəsi tək doğmadır.

M.Araz ürək yanğısı ilə deyirdi:

 

“Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı

Düzdür biz hamımız “azərbaycanlıyıq” və dilimiz də, torpağımız da bu adı daşıyır. Bəs biz yalnız buna görəmi  azərbaycanlıyıq? Yoxsa bu torpağın çörəyini yeyib suyunu içirik, bu torpaqda boya – başa çatırıq deyəmi “azərbaycanlıyıq”? Çox –çox təəssüflər olsun ki, içimizdə özünü azərbaycanlı hesab edən çoxlarının bu xalqın taleyindən heç xəbərləri belə yoxdur. Amma çox hayıfki onlar da bəziləri kimi bu millətin adından çıxış edirlər. Bizim Ramil Səfərov kimi bayraq yolunda canını belə fəda etməyi hazır olan, Mübariz kimi, Fərid kimi torpaq yolunda canını fəda etmiş, qürur duyulası igidlərimiz var.
Hər bir Azərbaycan gənci Qarabağı nə vaxtsa qayıdacaq torpağı yox, həm də şanlı tarixə malik olan keçmişimizin bir parçası kimi , canımızdan ayrılmış bir parça kimi, anlamaqlıyıq. Biz Azərbaycan vətəndaşı, bizim olan bu parçamıza qovuşmaq üçün canımız, qanımız bahasına olsa belə çalışmalıyıq. Biz, ağlar qalan anaların, qırılan ayaqların, yandırılan körpələrin qisasını almaq yolunda birləşməyi bacaran bir Azərbaycan gəncliyi formalaşdırmalıyıq.
Mən bir Azərbaycan gənci olaraq, bu günə kimi aparılan danışıqlar prosesini, müxtəlif partiya və qurumların, icmaların bu yolda atdığı addımları yaxından izləyirəm.Və öz-özlüyümdə elə nəticə çıxarıram ki, bu qədər cəhdlərə baxmayaraq biz hələ də erməni lobbisinin apardığı siyasəti tamlıqla üstəliyə bilməmişik.Fikrimcə bunun əsas səbəblərindən biri xalqımızda, partiyalarımızda, ictimai qurumlarımızda birliyin zəif olmasıdır.Bu işdə bizim qarşımızda duran əsas məsələlərdən biri partiya və ictimai birliklər arasında körpü yaratmaq, onlar arasında sıx əlaqəni təşkil etməkdir.Birlik həyatda hər şeyə qlib gələ bilər.Elə məhz buna görə də “Güc birlikdədir” deyib babalarımız.Məncə bu gün bu, xalqımızın ən böyük problemlərindəndir.Hər birimiz bu yolda öz payımıza düşəni layiqincə yerinə yetirməyə çalışmalıyıq.
Azərbaycan dövləti danışıqların aparılması yolunda muxtəlif strategiyalardan istifadə edir.Mən heç də bu prosesdə siyasi partiyaları və ictimai birlikləri kölgədə qoymaq istəməzdim. Siyasi çərçivədən baxdıqda ictimai birliklərin danışıqları bu məsələnin həllinə çox gözəl təsir göstərə bilər.Ona görədə azərbaycanlı və erməni icmaları arasında görüşlərin tez-tez təşkil olunmasının tərəfdarıyam.Düzdür, ən yaxşısı, ölkə prezidentlərinin görüşündən, bizim maraqlarımız çərçivəsində olan nəticələrin alınmasıdır. Məsələnin taleyi bəzi soydaşlarımız üçün hələdə qaranlıq qalır.Biz bir faktla razılaqşmalıyıq ki, biz müharibəni yox, döyüşü uduzmuşuq.Bizim olan yenə bizim olacaq.Biz buna inanmalıyıq və ölkə prezidenti, Ümümilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin ətrafında sıx birləşməliyik.
Bütün dünya artıq bilir ki, respublikamız günü-gündən çiçəklənir, inkişaf edir, dünya ölkələri ilə sıx dostluq münasibətləri qurur.Gün keçdikcə çiçəklənən, güclənən respublikamızın hər bir xalqa, millətə göstərdiyi hörmət, dostluq münasibətləri artıq bütün dünyaya məlumdur.Eləcə də erməni dığalarının apardığı “talançılıq siyasəti” də, mövqesizlikləri də, bütün dünyaya sübut olunur. Ölkəmizin apardığı güclü xarici siyasət nəticəsində artıq dünya ölkələri haqq-ədalətin bizim tərəfimizdə olduğunu anlayırlar. Ermənilər heç vaxt qalib olmayıblar və heç vaxt ola da bilməzlər. Çünki haqsız olan heç vaxt qalib gələ bilməz. Əgər kimsə haqqı olmadığı, ona aid olmayan üçün mübarizə aparmaq fikrindədirsə, o, əlində olanı da itirəcək. Necəki bu tale erməni xalqını gözləyir.


Mənim vətənim Azərbaycandır, odlar yurdu, odlar ölkəsi olan bir diyardır, torpağı gözəl, insanları gözəl bir məmləkətdir.Mən öz vətənimi çox sevirəm.Vətənimin bircə qış gününü xarici ölkələrin, dövlətlərin yüz baharına dəyişmərəm.Qürbət cənnət olsa da, mənim şahım vətəndir, Azərbaycandır. Mən özümü onda tapmışam.. Mən onun torpağından yaranmışam, onun torpağına da qarışacağam, Onsuz mənə həyat, dirilik yoxdur.


Bizim hər birimizin ən böyük arzusu qələbədir, işğal olunmuş torpaqlarımızın, doğma Qarabağımızın geri qaytarılması, azad olunmasıdır. Mən inanıram ki, qeyrətinə arxalandığımız, ümidmizi bağladığımız igid oğullarımız bizi bu bəladan xilas edəcəkdir. Mən inanıram ki, həmin şad günü həsrətlə gözləyən, qələbə sevinci gerçəkləşəcək, Qarabağ həsrətinə son qoyulacaqdır.

 

Nüsrətzadə Cahani

Azərbaycan Dövlət Aqrar Universiteti

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi