Modern.az

“2010 Nabukko üçün həlledici il olacaq”

“2010 Nabukko üçün həlledici il olacaq”

Təhsil

17 Fevral 2010, 12:34

Nabukko şirkətinin icraçı direktoru Reynxard Mitçek Xəzər və Orta Asiyanın  qaz yataqlarından hasil olunan mavi yanacağı Avropaya nəql edəcək qaz kəməri layihəsinin reallaşmasına nikbinliklə yanaşır. Modern.az xəbər verir ki, Türkiyə mətbuatına verdiyi  müsahibədə Mitçek bəyan edib ki, “2010 bizim layihə üçün dönüş ili  olacaq”. Onun sözlərinə görə, ötən il layihənin həyata keçirilməsi üçün böyük işlər görülüb. “Dövlətlərarası saziş imzalanıb, layihənin maliyyələşdirilməsi üzrə bir sıra beynəlxalq maliyyə institutları ilə danışıqlar aparılıb. Beləliklə, biz layihənin həyata keçrilməsinə nikbinliklə yanaşırıq”. 

Mitçek qeyd edib ki Azərbaycan, Türkmənistan və İraqla aparılan danışıqlar bu ölkələrdən Avropaya qaz ixracına  böyük ümidlər vəd edir. O, bir sıra bankların – Avropa Yenidənqurma və İnkişaf Bankının, Avropa İnvestisiya Bankı və digər maliyyə qurumlarının da  layihənin maliyyələşdirilməsinə maraq göstərdiklərini deyib. “Bütün bu işlər cari ilin sonlarına kimi sona çatdırılacaq, 2010-cu ilin sonlarında layihənin maliyyələşdirilməsinə start veriləcək, 2010-cu ildə  kəmərin tikintisinə başlanılacaq, 2014-də isə biz ilk qazı alacağıq”,-deyə Mitçek bildirib. O layihənin işə düşməsi ilə 7 min insanın işlə təmin olunacağını deyib. Mitçek   Nabukko-nun Rusiya qaz kəməri  ilə rəqabətə girmədiyini deyib. “Avropa bazarında  qaza tələbat artır və bu bazarda hamıya yer var”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir