Modern.az

Eks-baş nazirin səhhəti yenidən pisləşib

Eks-baş nazirin səhhəti yenidən pisləşib

18 Noyabr 2012, 17:54

Ukraynanın sabiq baş naziri, hazırda həbsdə olan Yuloia Timoşekonun səhhəti yenidən pisləşib. Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki,  Ukraynada keçirilən parlament seçkilərinin nəticələrinə etiraz olaraq aclıq aksiyasına başlayan Timoşenkonun həkim nəzarətinə alınıb. Həkimlərin ilkin müayinələrindən sonra məlum olub ki, eks-baş nazirin səhhətinin anidən pisləşməsi ac qalması ilə əlaqədardır.

Alman həkimlərinin tövsiyyələrində sonra Timoşenko 17 gündür davam etdiyi aclıq aksiyasını dayandırıb. Hazırda onun həkim nəzarətində olduğu bildirilir.

Qeyd edək ki,  Ukraynada oktyabrın 28-də keçirilən parlament seçkilərində  hazırki iqtidarın qalib gəlməsinə narazılığını bildirən Timoşenko seçkilərin aclıq aksiyasına başlamışdı.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir