Modern.az

Bu il 1,2 milyon insan yol qəzasında həlak olub - BMT-dən açıqlama

Bu il 1,2 milyon insan yol qəzasında həlak olub - BMT-dən açıqlama

19 Noyabr 2012, 10:23

Birləşmiş Millətlər Təşkilatının informasiya mərkəzinin verdiyi açıqlamada bu il 1,2 milyon insanın yol qəzasında həlak olduğu bildirilir. Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, açıqlamada içlərində şikəst qalmış insanlar da daxil olmaqla 50 milyon insanın yaralandığı qeyd olunur. Yol qəzalarının 95%-i az və ya orta gəlirli ölkələrdə baş verib.  
18 noyabr yol qəza qurbanlarını anma günü münasibətilə BMT baş katibi Pan Ge Munun informasiya mərkəzinə önəmli mesajları çatdırılıb. “Bir çox dövlət 8 ay öncə yol hərəkət qaydalarında təhlükəsizliyi qəbul etmək üçün bir anlaşma qəbul etdilər. Bununla da onlar 5 milyon insanın həyatını qurtarmaq üçün lazımlı qaydaların qəbul edəcəklərini və bunu tətbiq edəcəklərini təsdiqlədilər”, – deyə Baş katib bildirib.    

Aqşin Kərimov
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır