Modern.az

Naftalanda Şəhid Bəhruz Quliyev anılıb - FOTO

Naftalanda Şəhid Bəhruz Quliyev anılıb - FOTO

11 Oktyabr 2021, 14:20

Naftalan şəhərində Vətən Müharibəsində Şəhidlik zirvəsinə ucalan Bəhruz Quliyevin ildönümü qeyd edilib, xatirəsi ehtiramla yad olunub.

 

Modern.az xəbər verir ki, Naftalan ŞİH başçısı Vüqar Novruzov, Millət Vəkili Anar Məmmədov və hüquq mühafizə orqanlarının rəhbərləri Şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzüb ruhuna dualar oxuyublar. Şəhidin ailəsi ziyarət olunub, keçdiyi şərəfli döyüş yolundan söhbət açılıb.

 

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Quliyev Bəhruz Firuz oğlu (ölümündən sonra) “Laçının azad olunmasına görə” medalı ilə təltif olunub. Şəhidin medalı ildönümü günü atası Firuz Quliyevə təqdim olunub.

 

Qeyd edək ki, Bəhruz Quliyev 1990-cı il may ayının 9-da Naftalan şəhərində anadan olub. Ailəli idi, iki qız övladı əmanət qalıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!