Modern.az

“Son hadisələr özünü milli qüvvə adlandıran bəzilərinin əsl simasını açdı” - MÜSAHİBƏ

“Son hadisələr özünü milli qüvvə adlandıran bəzilərinin əsl simasını açdı” - MÜSAHİBƏ

19 Noyabr 2012, 11:37

Qüdrət Həsənquliyev: “Radikal qanad özünü Qərbin gözündən salıb”

 “Dəyişən və demokratikləşən dünya bizi də dəyişməyə və demokratikləşməyə məcbur edəcək”

Modern.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə verdiyi müsahibəni təqdim edir.

- Qüdrət bəy, bilidiyiniz kimi Rusiya Azərbaycan Təşkilatları İttifaqı adlı qurum açıq şəkildə fəaliyyətə başladıqdan sonra, adıçəkilən ittifaqın təsisçilərindən biri olan Rüstəm İbrahimbəyov bəzi mətbuat orqanlarında silsilə müsahibələrlə çıxış etməyə, müxtəlif proqnozlar verməyə başlayıb. Rüstəm İbrahimbəyovun müsahibələrindən birində dilə gətirdiyi  “dəhşətli inqilab” barədə öncəgörməni necə qiymətləndirirsiniz?

- Bəlkə də Rüstəm İbrahimbəyov yaxşı ssenari müəllifi kimi, ya hansısa dövlətin məkrli ssenariləri barədə məlumatlıdır, ya da belə ssenarilərin hazırlandığını hiss edir. Mən xeyli öncə söyləmişdim ki, onu danışdıran özünün dediyi kimi vicdanının səsi yox, Moskvadakı vəzifəli dostlarıdır. Təəssüf ki, zaman mənim haqlı olduğumu sübuta yetirir. Moskvada bilirlər ki, Azərbaycanda Ukrayna ve Gürcüstan ssenarisi keçərli deyil. Ona gorə də 1993-cü il Gəncə qiyamını başqa formada təkrar edə bilərlər. Məsələn, Quba-Qusar, yaxud Balakən-Zaqatala zonasını nəzarətdən cıxarmaq və bu zaman İbrahimbəyov kimilərdən Bakıda və digər rayonlarda dəstək almaq yolu ilə...

- Sizə elə gəlmir ki, İctimai Palata xarici güclərin əli ilə hakimiyyətə gəlməyə nəinki pis baxmır, əksinə özünü bu məqsədlə təklif edir?

- Təəssüf ki, bu, belədir. Son hadisələr özünü milli qüvvə adlandıran bəzilərinin əsl simasını açdı. Onlar göstərdilər ki, nəinki milli deyillər, həm də hakimiyyətə gəlmək ücün lazımi qabiliyyətləri də yoxdur. Cünki Rusiyanın son məqsədinin nə olduğunu müəyyənləşdirmək hələ tezdir. Rusiya son gedişlərlə Azərbaycana öz gücünü göstərib güzəşt qoparmaq barədə düşünə bilər, eyni zamanda ABŞ-a  imkan verər ki, Avropadakı müttəffiqlərini Rusiya faktoru ilə qorxutsun, onları hakimiyyəti kəskin tənqid etməkdən cəkindirsin.Təsadüfi deyil ki, RATİ-nin yaranmasından dərhal sonra ABŞ səfiri İlham Əliyevin yenidən seçilməsində heç bir problem olmadığını söylədi. Ona görə də ABŞ-la Rusiyanın Azərbaycanla bağli iş birliyində olması istisna olunmamalıdır. Rusiya başa düsür ki, indiki Azərbaycan 1993-cü ildəki Azərbaycan deyil. Bunu hakimiyyət üçün ağzı sulananlar da başa düşməlidir.

- Necə düşünürsünüz, RATİ-də təmsil olunan milyarder azərbaycanlılar ölkədə siyasi böhran yarada bilərmi?

- Mən APA- ya və “Yeni Müsavat” qəzetinə verdiyim musahibələrdə söyləmişdim ki, "inanmıram ki, o şəxslər onlardan oz tarixi vətənlərinə qarşı kimlərinsə istifadə etməsinə imkan versinlər". O insanlar ağıllı insanlardır və Azərbaycanda siyasi nüfuzlarının hansı həddə olduqlarını yaxsı bilirlər. Onlar siyasətə baş vursalar bəlli olacaq ki, onlari bu işə Kreml zorla qoşur. Bütün hallarda həmin şəxslər öz istəkləri ilə və ürəkdən Azərbaycana qarşı fəaliyyətdə rol almayacaqlar. Bu isə həmin ssenarinin iflasa uğrayacağını bəri başdan şərtləndirir.   

- Ölkədəki hazırki siyasi durumu necə qiymətləndirirsiniz?

- Hazırda Azərbaycanda güclü mərkəzləşmiş hakimiyyət var və iqtidar ciddi islahatlar aparmaq fikrindən uzaq görünür. Müxalifət dağınıq vəziyyətdədir. Radikal qanad isə Rusiyanın əli ilə hakimiyyətə gəlmək istəyini büruzə verməklə özünü Qərbin gözündən daha da salıb və yəqin ki, Timoşenkonun aqibətini yaşayacaq. O da zamanında Rusiyanın oyunlarına getdi və iflasa uğradı.

- Söylədiklərinizdən belə nəticə çıxarmaq olar ki, ölkədə heç bir dəyişiklik gözlənilmir?

-  Növbəti seçkilərə qədər, daha öncə söylədiyim kimi ciddi islahatlar gözləməyə dəyməz. Seçkilərdən sonra isə islahatların aparılması qaçılmaz gorünür. Qarşıdakı illərdə neftin qiymətinin aşagı düşəcəyi şübhəsizdir. ABŞ özünün neft yataqlarını istismar etməyə başlayır. Bu və Körfəz ölkələrində baş verənlər neftin qiymətini aşağı salacaq. İqtisadiyyatı tamamilə neftdən asılı olan ölkənin islahatlar aparmaqdan başqa yolu qalmayacaq. Dəyişən və demokratikləşən dünya bizi də dəyişməyə və demokratikləşməyə məcbur edəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?