Modern.az

Bakıda kreativ gənclərin forumu keçirilib

Bakıda kreativ gənclərin forumu keçirilib

Aktual

19 Noyabr 2012, 12:21

Bu gün “Kreativ Gənclər Şəbəkəsi” layihəsi çərçivəsində Respublika Kreativ Gənclər Forumu keçirilib. Modern.az xəbər verir ki, Azərbaycan Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı, Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Kreativ Gənclər Çəbəkəsi” layihəsinə yekun vurulub.

Forumda gənclər və idman nazirinin müavini İntiqam Babayev, ARGTMŞ sədri Şahin Seyidzadə, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov, Milli Məclisin deputatları və digər qonaqlar iştirak ediblər. Forumda Bakı şəhərinin ali təhsil müəsisələri, Lənkəran, Şəki və Gəncə şəhərlərində baş tutan “Kreativ Gənclər Forumlar”ın da fəallığı və kreativliyi ilə  fərqlənən 100 gənc iştrak edib. 

Forum zamanı gənclər “Azərbaycan Gəncliyi 2011-2015-ci illər”də Dövlət Proqramının müvafiq  maddələri üzrə “Dövlət və Dövlət Proqramı”, “QHT və Dövlət Proqramı”, “Biznes və Dövlət Proqramı”, “KİV və Dövlət proqramı” panelləri üzrə ekspertlərin çıxışlərini dinləyiblər. Ekspertlər  gənclər arasında Dövlət Proqramı ətrafında müzakirələr aparıb. Müzakirələr əsasında gənclər Dövlət Proqramına öz təkliflərini səsləndiriblər. Qarşlıqlı fikir mübadiləsi zamanı formalaşan kreativ təkliflər seçilərək  gələcəkdə Dövlət Proqramına  təqdim olunması üçün qeydə alınıb.  

Mail Ağaxanov
 

 

   
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir