Arxiv
11 Oktyabr 2021, 21:36 | ANALİTİKA
İranın iki cəbhədə mümkün təxribatı: Bakı da hazırlaşır

Bakı Tehranın mümkün təxribatlarına qarşı hazırlaşır: İrandan XİN sözçüsü səviyyəsində “qardaşlıq” sözləri səslənsə də, praktiki fəaliyyət hərbi istiqamətdə davam edir. Və iki təxribat cəbhəsi var.

 

Dövlət sərhədi: “Xeybər fatehləri” təlimləri Azərbaycanla sərhəddə qoşunların dislokasiya edilməsi məqsədi daşıyırdı. Bir neçə məqam bunu təsdiq edir.

 

Birincisi, İranın Nizam Qüvvələrinin komandanı, general-mayor Hüseyn Əştərinin “Azərbaycanla sərhəddə yeni qüvvələr və hərbi texnika göndərdik” açıqlamasıdır;

 

İkincisi, İran parlamentinin Təhlükəsizlik Komitəsi üzvlərinin Azərbaycanla sərhəddə 3 günlük ezam olunmasıdır: ezam olunanlar sərhəddə hərbi qüvvələrin yerləşdirilməsini araşdıracaq, “Xeybər fatehləri” təlimi ilə bağlı hesabat hazırlayacaq.

 

İstisna deyil ki, İran “əzələ nümayiş” etdirməklə yanaşı, həm də ordunun mümkün əməliyyatlara hazırlıq vəziyyətini yoxlayır.

 

İranın siyasi və hərbi rəhbərliyi də Bakıya qarşı ittihamlarını sərtləşdirir:

 

XİN sözçüsü Səid Xətibzadə “qardaşlıq mesajı” ilə yanaşı, “İsrailin mövcudluğu ilə bağlı” iddiasını yenidən gündəmə gətirir və “Tehran öz təhlükəsizliyi ilə bağlı zarafat etmir” deyir, bununla bağlı Bakıya məlumat verdiklərini açıqlayır.

 

İran XİN rəhbəri Abdollahian isə “Al Menar” kanalına müsahibəsində “İsrailin varlığı ilə bağlı Azərbaycan rəsmilərinə xəbərdarlıq etdik” deyə bildirib.

 

İran öz iddialarını sübut edəcək hansısa məlumatı həqiqətənmi Bakıya verib?

 

Rəsmi Bakı müxtəlif səviyyələrdə Tehrana iddialarının arqumentini təqdim etmək çağırışı edib, lakin indiyə qədər İran tərəfi “qaranlıq otaqda qara pişik axtarmaq” prinsipi ilə dediklərini təkrarlayır. Dövlət Sərhəd Xidmətinin sonuncu açıqlaması da göstərir ki, İran tərəfindən irəli sürülən iddialarla bağlı Azərbaycana hansısa məlumat verilməyib. Tehran sadəcə danışır və gərginliyin davam etməsində, hətta yüksəlməsində maraqlı tərəf kimi çıxış edir.

 

Abdollahianın Bakıya səfəri də əslində gərginliyin azalmasından daha çox, “xəbərdarlıq” xarakteri daşıyacaq. Və səfərdən sonra İran “xəbərdarlığımızı etmişdik, məsuliyyəti biz daşımırıq” bəhanəsi ilə bölgədə olmayan hansısa “terrorçulara” qarşı hərbi təxribatlara gedə bilər.

 

DSX-nın İran tərəfinə rəsmi cavabında “Dövlət sərhədində Azərbaycan Respublikasının dövlət maraq­larına qarşı yönələn istənilən təxribatın qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır” qeydi bu kontekstdə təsadüfi deyil: Bakı mümkün təxribatları istisna etmir və buna qarşı hazırlığını görür.

 

Xəzər dənizi: Azərbayan Xəzərdə hərbi təlimlərə başlayır (11-13 oktyabr): məqsəd enerji infrastukrutunun müdafiəsidir; HDQ bu məqsədli təlimləri zaman-zaman keçirir, lakin regiondakı siyasi situasiya fonunda “enerji infrastrukturunun müdafiə edilməsi” zərurəti iki qat artıb;

 

Ötən həftə İran donanmasının admiralı Əlirza Tangsiri belə bir açıqlama vermişdi: “İran dəniz qüvvələri daha ayıq olmalı və hər an hərbi əməliyyata hazır olmalıdır. Düşmənlərimiz zəifdirlər, amma onları dəyərləndirməmək də olmaz”.

 

Bu gərginlik fonunda Azərbaycanın enerji infrastukrutunun müdafiəsini gücləndirilməsini Bakının Xəzərdə mümkün təxribatlara qarşı hazırlığı kimi qiymətləndirmək olar.

 

Xəzər konvensiyasını təsdiq etməyən İrana dənizdə də gərginlik sərf edir.

 

Asif Nərimanlı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Omikron”un daha yoluxucu olması ilə bağlı sübutlar YOXDUR 29 Noyabr 2021, 00:50 Bayden və Putin ilin sonuna qədər danışa bilər 29 Noyabr 2021, 00:42 Polşada Nizami Gəncəvinin 880 illiyi qeyd edildi 29 Noyabr 2021, 00:22 Əliyev Aşqabadda nəyə nail oldu? 29 Noyabr 2021, 00:04 Tovuzda ölümlə nəticələn ağır qəza 28 Noyabr 2021, 23:55 Spiker Ərəb Parlamentinin sədri ilə görüşdü 28 Noyabr 2021, 23:32 Sahibə Qafarova pakistanlı həmkarı ilə GÖRÜŞDÜ 28 Noyabr 2021, 23:18 Taliban avropalı diplomatlarla danışıqlar apardı 28 Noyabr 2021, 22:50 Deputatlar Qırğızıstan seçkilərini İZLƏDİLƏR 28 Noyabr 2021, 22:32 “Omikron”u öyrənmək üç həftə vaxt alacaq 28 Noyabr 2021, 22:08 Prezidentin Türkmənistana səfəri başa çatdı 28 Noyabr 2021, 21:47 Azərbaycan və Tacikistan Prezidentləri arasında görüş - YENİLƏNİB 28 Noyabr 2021, 21:44 İlham Əliyev və Ərdoğan görüşdü - YENİLƏNİB 28 Noyabr 2021, 21:35 İlham Əliyev və Rəisi arasında Zəngəzur dəhlizi müzakirəsi 28 Noyabr 2021, 21:30 Rəisi Qarabağdan DANIŞDI 28 Noyabr 2021, 21:24 Türkiyədə koronavirusla bağlı son vəziyyət 28 Noyabr 2021, 21:16 İlham Əliyev və Rəisi görüşdü - YENİLƏNİB 28 Noyabr 2021, 21:00 "Omikron" bu dəfə Danimarkada 28 Noyabr 2021, 20:56 Çexiyada yeni hökumət rəhbəri 28 Noyabr 2021, 20:44 “Qalatasaray”ın sabiq prezidenti vəfat etdi 28 Noyabr 2021, 20:16 Qırğızıstan seçkilərinin ilkin nəticələri 28 Noyabr 2021, 19:52 İran, Azərbaycan və Türkmənistan arasında qaz MÜQAVİLƏSİ 28 Noyabr 2021, 19:45 "Region ölkələri ilə ticarətin inkişafı prioritetidir" - Rəisi 28 Noyabr 2021, 19:25 Ərdoğan Zəngəzur dəhlizindən DANIŞDI 28 Noyabr 2021, 19:11 Tehranın hədəfi 28 Noyabr 2021, 18:45 Rusiyadan "Omicron"la bağlı təkzib - YENİLƏNİB 28 Noyabr 2021, 18:39 Peru silkələndi 28 Noyabr 2021, 18:32 "Zirə" qalib gəldi 28 Noyabr 2021, 18:18 Hökumətlərarası komissiyanın iclası keçiriləcək 28 Noyabr 2021, 18:02 Poroşenko: "Belarus tələ qurub" 28 Noyabr 2021, 17:58 Finalçı gimnastlar müəyyənləşdi 28 Noyabr 2021, 17:50 Ərdoğan Azərbaycanın qələbəsindən söz açdı 28 Noyabr 2021, 17:42 Türkiyə prezidenti Aşqabad Zirvəsinin hədəfini açıqladı 28 Noyabr 2021, 17:17 Ərdoğan və Rəisi Azərbaycanı MÜZAKİRƏ ETDİ 28 Noyabr 2021, 17:12 Kuçava Rusiyanı işğalçı adlandırıldı 28 Noyabr 2021, 16:58
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?