Modern.az

Zahiri və batini ilə atasına oxşar jurnalist - Orxan Camal

Zahiri və batini ilə atasına oxşar jurnalist - Orxan Camal

19 Noyabr 2012, 14:39


Orxan Camal. Rusiya mətbuatında belə bir imzanın varlığından Azərbaycanda çoxlarının məlumatı yoxdur. Əslində, “İzvestiya” qəzetinin son sayında Qəzza bölgəsində baş verən son hadisələri təhlil edən jurnalistin zahiri görünüşü belə, onun kimin nəslindən olduğunu xəbər verir.

O, şərqşünas-islamşünas yazar Heydər Camalın oğludur. Orxan Camal 1966-cı il noyabrın 12-də Moskvada doğulub. O, Rusiya paytaxtındakı Geologiya-kəşfiyyat İnstitutunun məzunudur. 1988-ci ildən televiziyada çalışıb, “Zdorovye” (“Sağlamlıq”) kimi məşhur teleproqramının rejissoru olub. Sonrakı dövrdə öz ixtisası üzrə işləmiş O.Camal 1995-ci ildən jurnalistika ilə məşğul olmağa başlayıb. Onun imzası “Veçernyaya Moskva”, “Veçerniy kuryer”, “Nezavisimaya qazeta”, “Novaya qazeta”, “Versiya” kimi nəşrlərdə görünüb. Şimali Qafqaz, Cənubi Osetiya, Əfqanıstan, İraq, Liviya kimi “qaynar nöqtələr”də, habelə Səudiyyə Ərəbistanında peşəkar fəaliyyətilə tanınan O.Camal 2011-ci il avqustun 22-də Liviyada Tripoli uğrunda gedən döyüşlərdə ayağından yaralanıb.

Jurnalist yeni minilliyin ilk gürcü-rus müharibəsini özünün “Beşgünlük müharibənin xronikası” (2008) kitabında əks etdirib.
2000-ci ildə O.Camal Dini Jurnalistlər İttifaqının təsisçilərindən biri olub. 2005-ci ildə Rusiya Jurnalistlər Birliyi yanında “Tədqiqat komitəsi” jurnalist araşdırmaları Agentliyinin təsis edib və onun icraçı direktoru olub. Bundan başqa, O.Camal 2003-cü ildə “Travel” janrında ən yaşı jurnalist adı qazanıb. Xanımı İrina Qordienko da qələm sahibidir.  


Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır