Modern.az

Universitetlə bank arasında MEMORANDUM

Universitetlə bank arasında MEMORANDUM

13 Oktyabr 2021, 10:30

Gəncə Dövlət Universiteti ilə Gəncə şəhərində yeni fəaliyyətə başlamış AFBBANK arasında əməkdaşlıq memorandumu imzalanıb.

 

Modern.az xəbər verir ki, Gəncə Dövlət Universitetinin rəhbərliyi adından rektorun baş müşaviri dosent Asif Cavadov, AFBBANK idarə heyətinin direktoru Hafiz İbrahimov, Gəncə filialının müdiri Zaur Ələkbədov tərəfindən memorandum imzalanıb. İmzalanma mərasimində Təcrübə və Karyera şöbəsinin müdiri Cabbar Qarayev, İnnovasiya Deportamentinin müdiri Vasif Həsənov və Hüquq məsləhətçisi Günay Şirinova iştirak ediblər.

 

Bu memorandumun əsas məqsədi Bankın təcrübə proqramı çərçivəsində tərəflər arasında əməkdaşlığın genişləndirilməsidir. Memorandumun məqsədi, vəzifələri və ümumi müddəaları haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilib.

 

Universitet rəhbərliyi tərəfindən göndərilən və təcrübə proqramının şərtlərinə uyğun gələn tələbə və məzunlar Bankda bu proqrama cəlb etmək, xüsusən də müştəri xidmətləri sahəsində peşəkar kadrların yetişdirilməsi, bilikli, bacarıqlı və şəxsi keyfiyyətləri ilə seçilən təcrübəçilər arasında potensial işçilərin seçilməsi, gələcəkdə işə qəbul və təcrübə proqramını uğurla başa vuran tələbə və məzunlara sertifkatların təqdim olunması nəzərdə tutulub.

 

Bu memorandum imzalandığı tarixdən qüvvəyə minir və müddətsiz olaraq bağlanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?