Modern.az

TİKA nümayəndələri UNİVERSİTETDƏ

TİKA nümayəndələri UNİVERSİTETDƏ

Aktual

13 Oktyabr 2021, 11:30

TİKA Bakı Ofisinin nümayəndə heyəti Gəncə Dövlət Universitetinə səfər etmişdir.  Görüşdə TİKA Bakı Proqram Koordinatoru Fatih Yılmaz, TİKA Bakı Proqram Koordinatorunun müavini Ahmet Çanga, TİKA Bakı Proqram Koordinasiya Ofisinin əməkdaşı Abbas Hümmətov, TİKA Bakı Proqram Koordinasiya Ofisinin əməkdaşı Elmir Laçınov, Universitetin rektoru professor Yusif Yusibov və İnnovasiyalar departamentinin direktoru Vasif Həsənov iştirak ediblər.

 

Modern.az xəbər verir ki, görüş zamanı rektor yeni təyin edilmiş TİKA Bakı Proqram Koordinatorunu bu münasibətlə təbrik etdikdən sonra TİKA-nın dəstəyi ilə həyata keçirilən layihələr haqqında məlumat verdi. Sonra universitetin yeni tədris binasının həyətində yerləşən yataqxana binasının təmiri ilə bağlı layihənin son vəziyyəti müzakirə olundu. Daha sonra İnnovasiyalar departamentinin direktoru TİKA-ya təqdim olunan yeni layihələr haqqında məlumat verdi. Görüşün sonunda xatirə şəkli çəkdirilib.

 

Rəsmi görüş yekunlaşdıqdan sonra TİKA Bakı Ofisinin nümayəndə heyəti universitetin yeni tədris binasında yerləşən “Nuru Paşa adına Kitabxana”da və Tələbə Yataqxanasında oldular. TİKA Bakı Proqram Koordinatoru kitabxana haqqında fikirlərini bölüşdükdən sonra Tələbə Yataqxanası ilə bağlı yaxın günlərdə yenidən əlaqə saxlanacağını qeyd edərək günlük proqramlarına davam etdilər.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür