Modern.az

Payızda yaz havası - Sabah da belə olacaq

Payızda yaz havası - Sabah da belə olacaq

Aktual

13 Oktyabr 2021, 12:20

Oktyabrın 14-də gözlənilən hava şəraiti açıqlanıb.

 

ETSN-dən Modern.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində az çiskinli olacağı ehtimalı var. Gündüz arabir güclənən şimal-qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 14-16° isti, gündüz 19-21° isti olacaq. Bakıda gecə 14-16° isti, gündüz 19-21° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək.

 

Nisbi rütubət 60-70% olacaq.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

.

Havanın temperaturu gecə 11-16° isti, gündüz 22-27° isti, dağlarda gecə 1-6° isti, gündüz 7-12° isti olacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür