Modern.az

BQXK rəsmisi naməlum qəbirlərin açılmasından DANIŞDI

BQXK rəsmisi naməlum qəbirlərin açılmasından DANIŞDI

13 Oktyabr 2021, 12:30

"Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birlikdə Beynəlxalq Qızıl Xaç Komitəsi 90-cı illərdə itkin düşmüş şəxslərin ailə üzvlərinə baş çəkərək illər ərzində onlar haqqında ətraflı məlumatların toplanması layihəsini həyata keçirir".

 

Modern.az-ın xəbərinə görə, bunu BQXK-nın Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

 

O bildirib ki, bu məlumatlar Dövlət Komissiyasının bazasında saxlanılır:

 

"Hazırda da BQXK Dövlət komissiyası ilə birlikdə itkin düşmüş şəxslərin ailə üzvlərindən bioloji nümunələrin toplanması layihəsini həyata keçirir. Hər iki layihə gələcəkdə eksqumasiya zamanı tapıla biləcək insan qalıqlarının identifikasiyasında istifadə olunacaq. Bu, həmin şəxslərin kimliyini aydınlaşdırmaq üçün böyük texniki dəstəkdir. Naməlum qəbirlərin açılması Dövlət Komissiyasının rəhbərliyi ilə həyata keçirilir, BQXK burada müşahidəçi qismində iştirak edir. Amma BQXK buna texniki dəstək verməyə hazırdır. Bizim tibbi ekspertlərimiz var ki, onlar da böyük təcrübəyə malik mütəxəssislər olaraq lazım gəldikdə dəstək verməyə hazırdırlar".

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar