Modern.az

İlyas İsmayılov: “İlham Rəhimov yanıma vasitəçi göndərməyib”

İlyas İsmayılov: “İlham Rəhimov yanıma vasitəçi göndərməyib”

Aktual

20 Noyabr 2012, 09:20

Son vaxtlar yayılan məlumatlara görə, tanınmış iş adamı, mətbuatın “Putinin dostu” kimi təqdim etdiyi professor İlham Rəhimov sabiq ədliyyə naziri, millət vəkili İlyas İsmayılovla barışmaq üçün vasitəçi göndərib. Modern.az məsələyə aydınlıq gətirmək üçün deputatdan münasibət öyrənib.

Milli Məclisin üzvi İlyas İsmayılov isə haqqında yayılan bu xəbərləri təkzib edib. Onun sözlərinə görə, deyilərnlər tamamilə yalan məlumatdır. “Heç kim heç kimə vasitəçi göndərməyib” – deyə deputat bildirib.

“İlham Rəhimov vasitəçi göndərib sizinlə barışmaq istəsə” ehtimalına isə millət vəkili bir az kəskin cavab verib: “İnsanların şəxsi münasibətlərinə müdaxilə etmək nəyinizə lazımdır!?”.

Xatırladaq ki, İlham Rəhimov yaxınlaradək İlyas İsmayılovun sədri olduğu Ədalət Partiyasının üzvü olub.

Sevinc İltifatqızı

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı