Modern.az

Bakıda 12 əcnəbi saxlanıldı

Bakıda 12 əcnəbi saxlanıldı

20 Noyabr 2012, 10:44

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən ötən həftə  həyata keçirilən tədbirlər  nəticəsində qanunvericilik tələblərinə zidd olaraq fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilmiş, eyni zamanda ölkədə olma və yaşama qaydalarını pozmuş 12 əcnəbi aşkar edilib.

Miqrasiya xidmətindən Modern.az-a verilən məlumata görə, həmin şəxslər barəsində Azərbaycan Respublikasının inzibati qanunvericiliyinin tələblərinə uyğun olaraq müvafiq qərarlar qəbul edilib.

Qeyd edək ki, Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyanın aşkar edilərək qarşısının alınması istiqamətində paytaxtda və ölkənin regionlarında müvafiq tədbirlər davam etdirilir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər