Modern.az

Tağı Əhmədov prezidentə məktub yazdı

Tağı Əhmədov prezidentə məktub yazdı

20 Noyabr 2012, 10:56

Bakı Metropoliteninin rəisi Tağı Əhmədov prezident İlham Əliyevə məktub yazıb. Modern.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, T.Əhmədov məktubunda noyabrın 8-də keçirilən metropoliten işçilərinin peşə bayramı münasibətilə ölkə başçısına göstərdiyi diqqət və qayğıya görə, minnətdarlığını bildirib.

 “Hazırkı, mürəkkəb bir zamanda və vaxt məhdudiyyəti çərçivəsində metropolitenin bayram yubileyinə Sizin bu qədər yüksək diqqət və qayğı ilə yanaşmağınız kollektivimizi yeni-yeni nailiyyətlərə ruhlandırır. Buna görə də metropoliteninin kollektivi adından Sizə ən səmimi təşəkkürlərimizi bildirir və bundan sonra da bizə göstərilən etimadı doğruldacağımıza Sizi qəti əmin edirik”, - deyə T.Əhmədov qeyd edib.

Anar

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı