Modern.az

“Xəzər”ə “İlin tətəfsiz telekanalı” diplomu təqdim olunub (fotosessiya)

“Xəzər”ə “İlin tətəfsiz telekanalı” diplomu təqdim olunub (fotosessiya)

Media

17 Fevral 2010, 15:15

Modern.az saytı xəbər verir ki, bu gün Parlament Jurnalistlər Birliyi “Xəzər” televiziyasına 2009-cu ildəki fəaliyyətinə görə, "İlin tətəfsiz telekanalı” diplomunu təqdim edib. Mükafatı telekanalın xəbər müdiri İbrahim Ünlübostan qəbul edib.

İbrahim Ünlübostan bu mükafatdan məmnun olduqlarını, gələcəkdə də işlərini media məsləkinə uyğun olaraq tərəfsizlik istiqamətində quracaqlarını bildirib. Həmçinin o, yaxın zamanlarda Parlament Jurnalistlər Birliyini ziyarət edəcəklərini dilə gətirib.  

Xatırladaq ki, diplomun digər qalibləri İctimai Televiziya və Radio Yayımlar Şirkəti, “Mediaforum” portalı və “Şərq” qəzetidir.

Qaliblərə diplomların təqdim edilməsi bu həftə başa çatacaq.

 

 

 

 

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir