Modern.az

DİN-dən azyaşlının narkotik qəbul etməsinə REAKSİYA

DİN-dən azyaşlının narkotik qəbul etməsinə REAKSİYA

Aktual

15 Oktyabr 2021, 10:20

Sosial şəbəkələrdə Bakıda azyaşlının narkotik maddə qəbul etməsinə dair iddialar yayılıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Kütləvi İnformasiya Vasitələri ilə iş və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi  Elşad Hacıyev Modern.az-a açıqlamasında bu iddiaların əsassız olduğunu bildirib.

 

E.Hacıyev qeyd edib ki, aparılan araşdırma zamanı azyaşlının narkotik vasitə istifadəsinə dair iddiaların əsassız olduğu müəyyənləşib:

 

“Həmin azyaşlı anasının yanındadır. Onlar barəsində dəfələrlə profilaktik tədbirlər görülüb. Sığınacağa yerləşdirilməsi təklif olunsa da, o, bundan qəti imtina edib. Həmin uşaq və anası xroniki xəstəlikdən əziyyət çəkirlər. Ana və azyaşlı uşağın qanunvericiliyə uyğun olaraq, aidiyyəti qurumlar məlumatlandırılmaqla müvafiq xəstəxanaya yerləşdirilməsi, eləcə də həyat və sağlamlıqlarının nəzarətə götürülməsi istiqamətində tədbirlər görüləcək”.

 

DİN rəsmisinin sözlərinə görə, hazırda bu istiqamətdə ərazi polis orqanına müvafiq göstərişlər verilib.

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar