Modern.az

Xocalı soyqırımı ilə bağlı qanun qəbul olunsun - TƏKLİF

Xocalı soyqırımı ilə bağlı qanun qəbul olunsun - TƏKLİF

Aktual

15 Oktyabr 2021, 11:40

"Xocalı soyqırımının 30 illiyi ərəfəsində Cinayət Məcəlləsinin 103-cü maddəsinə mədəni soyqırımı təşkil edən əməllərin daxil edilməsi tarixi zərurətdən doğan fundamental hüquqi addım olardı”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin deputatı Nizami Səfərov deyib. Deputat bildirib ki, belə bir qanun layihəsi ən qısa zamanda müzakirəyə təqdim edilə bilər:

 

“Mədəni və fiziki soyqırım bir-biri ilə üzvi şəkildə bağlı olan qəddar və qeyri-insanı əməllərdir. Mədəni soyqırım fiziki soyqırımın ayrılmaz tərkib hissəsi olaraq bir çox hallarda ondan əvvəl törədilən əməldir, digər tərəfdən isə identifikasiya olunan qrupların yalnız mədəni bünövrəsini çökdürərək, onları bir sosial vahid kimi məhv etmək olar”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir