Modern.az

Narkotik cinayətlərində qadınların sayı artıb - RƏSMİ

Narkotik cinayətlərində qadınların sayı artıb - RƏSMİ

15 Oktyabr 2021, 12:07

Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 264 fakt aşkar edilib.

 

Modern.az xəbər verir ki, bu barədə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2021-ci ilin 9 ayının yekununa dair məlumatda qeyd edilib.

 

Bildirilib ki, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 807 kq 683 qr müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr çıxarılıb:

 

“2020-ci ilin 9 ayı ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 2542, o cümlədən qanunsuz satış ilə bağlı faktların sayı 933, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 1537, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 49, bu kateqoriyadan olan digər cinayətlərin sayı 23 fakt artıb”.

 

Rəsmi məlumata görə, qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 1 ton 844 kq 226 qr, qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotik vasitələrin çəkisi 609 kq, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 1314 nəfər, qadınların sayı isə 38 nəfər artıb.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir