Modern.az

Azərbaycanda narkotik cinayətkarları – iranlılar çoxdur

Azərbaycanda narkotik cinayətkarları – iranlılar çoxdur

15 Oktyabr 2021, 12:22

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 4419 nəfər cəlb edilib.

 

Modern.az xəbər verir ki, bu barədə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2021-ci ilin 9 ayının yekununa dair məlumatda qeyd edilib.

 

Rəsmi məlumata görə, onlardan 16-18 yaşadək 6 nəfər, 18-25 yaşadək 305 nəfər, 26-29 yaşadək 768 nəfər, 30 yaş və ondan yuxarı isə 3340 nəfər təşkil edir:

 

“Həmin şəxslərdən 4321-i kişi, 98-i qadın olub. Ümumilikdə cinayət məsuliyyətinə cəlb olunan şəxslərin 3231 nəfəri işləməyənlər, 1627 nəfəri əvvəllər cinayət törətmişlər, 21 nəfəri əvvəllər xüsusi qeydiyyatda olanlardır.

 

Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 45 nəfəri xarici ölkə vətəndaşıdır. Onların 19-u İran İslam Respublikası, 9-u Gürcüstan, 8-i Rusiya, 4-ü Türkiyə, 3-ü Ukrayna, 1-i Hindistan və 1-i isə Pakistan vətəndaşı olub. Xarici ölkə vətəndaşlarından ümumilikdə 1 ton 311 kq-a yaxın müxtəlif növ narkotik vasitə və psixotrop maddələr götürülüb”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir