Modern.az

Yenidoğulanların əsas ÖLÜM səbəbləri

Yenidoğulanların əsas ÖLÜM səbəbləri

15 Oktyabr 2021, 15:39

Yenidoğulmuşlarda ən çox ölümə səbəb olan xəstəliklər açıqlanıb.

Modern.az xəbər verir ki, Səhiyyə Nazirliyinin pediatriya sahəsi üzrə mütəxəssis-eksperti Erkin Rəhimov deyib ki, ən çox ağırlaşma və ölüm halları məhz yenidoğulma dövründə qeydə alınır.

 

E.Rəhimovun sözlərinə görə, həmin müddətdə körpələrdə daha çox tənəffüs və ürək problemləri müşahidə olunur:

“Bir körpə nəfəs almaqda çətinlik yaşayırsa, bu, tənəffüs probleminin əlaməti ola bilər. Yenidoğulma zamanı sarılıq problemləri də müşahidə olunur. Qıcolma, göyərmə və uşağın sidiyə çıxmaması təhlükə mənbəyidir. Ümumilikdə yenidoğulanların 70 %-də sarılıq müşahidə olunur”.

 

O qeyd edib ki, vaxtından əvvəl doğulanlarda bu, daha çox qeydə alınır: “Sarılığın ən böyük təhlükəsi beyinə keçməsi və ciddi fəsada səbəb olmasıdır”.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir