Modern.az

Körpələrə COVID vaksini mütləq vurulmalıdır

Körpələrə COVID vaksini mütləq vurulmalıdır

15 Oktyabr 2021, 15:51

“Heç bir peyvənd Ümumdünya Səhiyyə Təşkilatının icazəsi alınmadan vurula bilməz. Peyvəndi istehsalı və satışı üçün prosedur qaydaları var. Ona görə də peyvənd vurdurulmasından ehtiyat etmək lazım deyil”.

 

Modern.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin pediatriya sahəsi üzrə mütəxəssis-eksperti Erkin Rəhimov deyib.

 

Onun sözlərinə görə, Azərbaycanda peyvənd vurdurmayan ailələr var:

 

“Bəzən peyvəndlə bağlı müxtəlif şayiələr səsləndirilir. Valideynlərə səslənirəm ki, bu kimi yalan sözlərə inanmayın. Körpələrə peyvəndlər mütləq vurulmalıdır”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir