Modern.az

Rafiq Tağı Mükafatının verilmə vaxtı müəyyənləşdi

Rafiq Tağı Mükafatının verilmə vaxtı müəyyənləşdi

Aktual

20 Noyabr 2012, 15:23

Dalğa Gənclər Hərəkatı ictimaiyyətə müraciət etdi

Ötən il 19 noyabr tarixində yazıçı – jurnalist Rafiq Tağı naməlum şəxs(lər) tərəfindən hücuma məruz qalmışdı, o, aldığı bıçaq yaralarından 23 noyabr 2012-ci il tarixində xəstəxanada vəfat edib.

Dalğa Gənclər Hərəkatı Azərbaycanda Avropa və ümumbəşəri dəyərlərin yayılması istiqamətində fəaliyyət göstərən Rafiq Tağının əziz xatirəsinə "Rafiq Tağı Mükafatı" təsis edib.

Hərəkatdan Modern.az-a bildirlib ki, mükafat ölkədə Avropa və ümumbəşəri dəyərlərin yayılmasına xidmət edən 3 nəfərə veriləcək.

Mükafatın qalibləri son 1 ildə Azərbaycan insanı üçün etdiyi fədakarlıqlara görə müəyyənləşdiriləcək.

Qaliblər aşağıdakı qaydada mükafatlandırılacaq:

Birinci yer – qalibin 1000 tirajla kitabı çap olunacaq

İkinci yer – pul mükafatı

Üçüncü yer – pul mükafatı

23 noyabr 2012-ci il tarixində, saat 15:00-da Dalğa Plazanın 9-cu mərtəbəsındə mükafatın təqdimetmə mərasimi keçiriləcək. Qaliblər mərasim zamanı açıqlanacaq.

Dalğa Gənclər Hərəkatı R.Tağı ilə bağlı ictimaiyyətə müraciət edib. Müraciətdə Rafiq Tağının əziz xatirəsini əbədiləşdirmək məqəsdi ilə bir həftə boyunca (20-27 noyabr) hər kəs üzvü olduğu sosial şəbəkələrdəki profil şəklinə Rafiq Tağının şəklini qoymağa dəvət edilib.

23 noyabr saat 11:00-da isə Rafiq Tağının məzarı ziyarət olunacaq. Xatırladaq ki, Rafiq Tağı Qurd Qapısı məzarlığında dəfn olunub. “Bütün Azərbaycan ictimaiyyətinə müraciət edərək, hər kəsi Rafiq Tağının məzarının ziyarət olunmasına dəvət edirik. Ziyarətdə iştirak etmək istəyənlər saat 11:00-da Elmlər Akademiyası metrostansiyasının girişində toplaşacaqlar”-deyə 2Dalğa” bəyan edib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?