Modern.az

Bakıda əmək müfəttişliklərinin regional konfransı keçirilir

Bakıda əmək müfəttişliklərinin regional konfransı keçirilir

20 Noyabr 2012, 16:29

Bu gün Bakıda Avropa, Azərbaycan və Ukrayna Əmək Müfəttişliklərinin Regional Alyansına (ƏMRA) üzv ölkələrin əmək müfəttişliklərinin 4-cü regional konfransı öz işinə başlayıb.

Konfransın açılışında əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov, Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, AFR-in Azərbaycandakı səfiri Herbert Quelle, Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəsmisi Frederike Ferimer, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Mehbalıyev, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyasının (ASK) baş katibi Məmmədəli Əfəndiyev, Beynəlxalq Əmək Təşkilatının Moskva Ofisinin nümayəndəsi Oksana Gerasimova, Əmək Müfəttişləri Beynəlxalq Alyansının prezidenti Mişel Paterson, Almaniyanın Əmək və Sosial Məsələlər Federal Nazirliyinin nümayəndəsi Knut Ayxhorn, beynəlxalq ekspertlər, ƏMRA-ya üzv ölkələrin əmək müfəttişliklərinin nümayəndələri, KİV təmsilçiləri iştirak ediblər.
İki gün davam edəcək beynəlxalq səviyyəli tədbir region ölkələrində vətəndaşların əmək hüquqlarının təmin edilməsi, onlar üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması və sosial tərəfdaşlarla iş sahəsində mövcud vəziyyətin müzakirəsini, onlar arasında qarşılıqlı təcrübə mübadilələrinin aparılmasını nəzərdə tutur.

Şahanə Rəhimli

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir