Modern.az

Azərbaycan jurnalistləri İstanbuldadırlar - SİYAHI+FOTOLAR

Azərbaycan jurnalistləri İstanbuldadırlar - SİYAHI+FOTOLAR

Qarabağ

20 Noyabr 2012, 16:44

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə Azərbaycanın media təmsilçiləri Türkiyənin İstanbul şəhərində səfərdədir. Səfər «Beynəlxalq media təcrübəsinin öyrənilməsi və tətbiqi» layihəsi çərçivəsində keçirilir. Səfər noyabrın 19- dan 25-nə kimi davam edəcək.
Nümayəndə heyəti səfərə Azərbaycanın mərhum eks-prezidenti Heydər Əliyevin İstanbul şəhərində ucaldılmış abidəsini ziyarətlə başlayıb. Daha sonra Azərbaycan Respublikasının İstanbul şəhərindəki baş konsulluğunu ziyarət ediblər. Media kapitanlarını qəbul edən baş konsul Həsən Zeynalov bildirib ki, Azərbaycanın İstanbul baş konsulluğu artıq yeni, özəl ofislə təmin olunub.

Şəhərin mərkəzi hissəsində yerləşən konsulluq binasının rəsmi açılışı olmasa da, Həsən Zeynalov jurnalistlərə konsulluq binası ilə tanışlığa şərait yaradıb.

KİVDF-nin icraçı direktoru Vüqar Səfərli İstanbul baş konsulu Həsən Zeynalova qəbul üçün təşəkkür edərək, onun  Qars və İqdır vilayətində, eyni zamanda İstanbuldakı diplomatik fəaliyyəti dövründə önəmli addımlar atıldığını bildirib. Vüqar Səfərli Azərbaycan-Türkiyə media təmsilçilərinin əlaqələrinin genişləndirilməsində göstərdiyi dəstəyə görə Həsən Zeynalovu KİVDF-nin fəxri fərmanı ilə təltif edib. Görüşdə çıxış edən nümayəndə heyətinin üzvləri Həsən Zeynalova Azərbaycan mediası ilə açıq münasibət qurduğuna və Azərbaycanın maraqlarını layiqli təmsil etdiyinə görə təşəkkürlərini bildiriblər. 

Nümayəndə heyətinin tərkibinə KİVDF-nin icraçı direktoru - Vüqar Səfərli, “Xalq” qəzetinin baş redaktoru - Həsən Həsənov, “Yeni Musavat” qəzetinin baş redaktoru - Rauf Arifoğlu, Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini - Müşfiq Ələsgərli, Jurnalist Qadınlar Assosiasiyasının sədri - Sevil Yusifova, “Kür” qəzetinin baş redaktoru - Əminə Yusifqızı, “Trend” İ.A.-nın baş redaktor müavini - Sevda Həmidova,  “Kaspi” qəzetinin baş redaktoru - Natiq Məmmədli, “Bakı xəbər” qəzetinin baş redaktoru  -Aydın Quliyev, “Palitra” qəzetinin baş redaktoru - Cəmaləddin Quliyev, “Paritet” qəzetinin baş redaktoru - Namiq Əliyev, “Respublika” qəzetinin baş redaktor müavini - Hümmət Musayev, KİVDF-nin aparıcı məsləhətçisi - Rəşad Rəhimov və Dialoq Avrasiya Platformasının ve Jurnalının Azərbaycan nümayəndəsi -  Mustafa Saatçı daxildir. Qeyd edək ki, proqram çərçivəsində Azərbaycan media təmsilçiləri Türkiyənin məşhur “Sabah” qəzetində, ATV kanalında görüşlər keçirəcəklər.





Modern.az
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı