Modern.az

Türkman yazıçılar Bakıda AYB üzvü oldular

Türkman yazıçılar Bakıda AYB üzvü oldular

Aktual

20 Noyabr 2012, 18:28

İraqın, o cümlədən türk dünyasının öndə gedən yazarları - Əsat Ərbil və Riyaz Dəmirçi ölkəmizdə səfərdədilər. Modern.az-ın məlumatına görə, İraq və  Azərbaycan türkləri arasında dostluq körpüsü yaratmaq, hər iki tərəfin yazar və sənət adamlarlarını bir-birilərinə qarşılıqlı sürətdə tanıtdırmaq niyyəti ilə Bakıya gələn Türkmən Ədəbiyyatçı və Yazarlar Birliyinin sədri Əsat Ərbil ( Əsat Şakir Əmin ), Türkmən Reform Radiosunun direktoru, TƏYB- in təşkilatçısı Riyaz Dəmirçi burada ilkin olaraq Gənclərin Söz Birliyi İB-nin  üzvü Ramilə Qardaşxanqızının “Arzularımın səni” kitabının imza gününə qatılıblar.

Bundan sonra ərbilli yazarlar Bakıda AYB- nin sədri Anar Rzayev, millət vəkili Qənirə Paşayeva, o cümlədən Qəzənfər Paşayev, Sabir Rüstəmxanlı, Xalidə Xalid, Aqil Camal, Qurbanəli Ömər və digər ədəbiyyat və sənət adamları ilə görüşüblər.
Bu barədə məlumat verən ədiblər Qəzənfər Paşayevin doğum gününə qatıldıqlarını, AYB- sədri, yazıçı Anar tərəfindən Birliyin üzvülük vəsiqəsini aldıqlarından məmnun olduqlarını söyləyiblər.
 “İraq türkmənləri mücadiləni ədəbiyyatla aparmışlar. Hakimiyyətə keçən hər kəs bizi məhv etməyə çalışıb. Biz isə özümüzü ədəbiyyatla qorumuşuq və hələ də qorumaqda davam edirik”- deyə Esat Ərbil bildirib.
Azərbaycanı özünün və bütün İraq türkmanlarının ata yurdu olduğunu söyləyən Riyaz Dəmirçi isə burada tanınmağın vacibliyini və qarşılıqlı əməkdaşlıq üçün dəstəyə ehiyacın olduğunu vurğulayıb.
“Gənclərin Söz Birliyinin nəşrinə başladığı “Ömür” antalojisində şeirləmin çap olunması məni çox sevindirir, umumiyyətlə müntəzəm olaraq Azərbaycandakı qəzet və jurnallarda, internet portallarında çap olunmağı çox istərdik. Gənclərin Söz Birliyi ilə, həmçinin Azərbaycandakı digər ədəbi birliklərlə əlaqələrimizi daha da artıracağıq. Bizimlə əməkdaşlıq etməyən digər qurumlarla da əməkdaşlıq etməyə hər zaman hazırıq”.
Xatırladaq ki, Bakıda tədbirlərdən birinə qatılan yazarların səhnədə Şəmistan Əlizamanlı və Nuriyyə Huseynova ilə birlikdə İraq türküsü “Altın hızman mülayim”i oxumaları gecənin iştirakçıları tərəfindən xüsusi maraqla qarşılanıb.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?