Modern.az

“Budad Food Company” 5 min manat cərimələndi

“Budad Food Company” 5 min manat cərimələndi

20 Noyabr 2012, 18:47

Modern.az-ın xəbərinə görə, “Budad Food Company” MMC-yə maliyyə sanksiyası tətbiq edilib. İqtisadi İnkişaf Nazirliyindən verilən məlumata görə, Bakı şəhəri, Binəqədi rayonu, 4-cü mədən küçəsi, 276-cı məhəllədə “Budad Food Company” MMC-yə məxsus istehsalat sahəsində qazsız suların etiketində suyun mənbəyi və hazırlanması barədə məlumatların, kvas içkisinin etiketində isə içkinin tipi barədə məlumatın göstərilməməsi, habelə istehsal olunan suların istifadə üçün yararsız olması səbəbindən İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən bu təsərrüfat subyekti barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb. Dövlət Xidmətində işə baxılıb və “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə “Budad Food Company” MMC-yə 4928 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.

  Gültəkin Ələsgər  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər