Modern.az

2013-cü ildən məscidlərdə vahid xütbə oxunacaq

2013-cü ildən məscidlərdə vahid xütbə oxunacaq

21 Noyabr 2012, 08:56

Hicri-qəməri ilinin ayları arasında möhtərəm aylardan biri olan Məhərrəm artıq beş gündür başlıyıb. Noyabrın 16-da Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurası (QMİ) Məhərrəm ayı ilə əlaqədar fətva verib. Fətva da qeyd olunub ki, Aşura günü məscidlərdə, ibadət ocaqlarında ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməli, təziyə məclislərində Kərbala şəhidlərinin ruhuna xütbələr oxunmalıdır. Habelə Vətən uğrunda şəhid olanların ruhu yad edilməlidir.

QMİ-nin şöbə müdiri Hacı Mirəziz Seyidzadə Modern.az-a açıqlamasında bildirib ki, idarə tərəfindən bu il heç bir axunda vahid xütbənin oxunması tapşırılmayıb. Vahid xütbənin icrasına QMİ-i 2013-cü ildən başlayacaq. Hazırda Məhərrəm ayı ilə bağlı fətvaya zidd hər hansı hərəkət olmayıb.
“Biz fətvada da qeyd etmişdik ki, İmam Hüseyin (ə.s) adına layiq təziyələr keçirilsin, qan çıxarılmasın, ictimai asayiş pozulmasın və s. məsələlərə riayət olunsun. Şükür Allaha, bütün bunlara hələki riayət olunur. Hər hansı ciddi qanun pozuntusu qeydə alınmayıb”.

Bu il Aşura günü – Həzrəti Məhəmməd Peyğəmbərin nəvəsi İmam Hüseynin şəhadətə yetməsi günü miladi təqvimlə noyabrın 25-nə təsadüf edir.

Mail Ağaxanov

Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər