Modern.az

Hüquq müdafiəçisi deputatı təkzib etdi

Hüquq müdafiəçisi deputatı təkzib etdi

21 Noyabr 2012, 08:05

Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova Azərbaycanda siyasi məhbus olmadığını bildirib. Modern.az-a müsahibəsində o, “bizdə siyasi məhbus olmadığına görə, bu barədə geniş danışmaq istəmirəm. Haqqında danışılan siyahıları isə ayrı-ayrı maraqlı insanlar özləri üçün yaradıb” deyə qeyd edib.

Məsələ ilə bağlı Modern.az  hüquq müdafiəçisi Novella Cəfəroğlunun münasibətini öyrənib. “Rəbiyət Aslanova doğru demir. Necə yəni Azərbaycanda siyasi məhbus yoxdur? Siyahıda olanların hamısı Azərbaycanda gedən məhkəmələrin düzgün aparılmaması, məhkəmdə yanlış qərarların çıxarılması nəticəsində, siyasi motivlərlə tutulanlardır. Onların da hamısı siyasi məhbus adlanır”.
N.Cəfəroğlu bildirib ki, yaxın vaxtlarda AŞPA məruzəçisi Ştrasser Azərbaycana gəlməlidir və onunla birgə onda olan siyasi məhbusları müzakirə edəcəklər: “Bizim siyahıda adam azdır. O biri siyahılarda isə 80 nəfərdən çoxdur. Cənab Ştrasser siyahıları diqqətlə öyrəndikdən sonra Avropa meyarları ilə seçib edib adamları öz siyahısına salacaq”. 

Sevinc İltifatqızı  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI