Modern.az

Azərbaycan Prezidenti Sinqapurda - FOTO

Azərbaycan Prezidenti Sinqapurda - FOTO

21 Noyabr 2012, 09:37

Sinqapur Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 21-də “İstana” sarayında rəsmi qarşılanma mərasimi olub. Modern.az AzərTAc-a istinadən bildirir ki, Azərbaycan dövlətinin başçısını Sinqapur Prezidenti Toni Tan qarşılayıb.
Azərbaycan və Sinqapur Respublikalarının dövlət bayraqlarının dalğalandığı sarayın qarşısında Prezident İlham Əliyevin şərəfinə fəxri qaravul dəstəsi düzülüb.
Fəxri qaravul dəstəsinin rəisi Azərbaycan dövlətinin başçısına raport verib. Azərbaycanın və Sinqapurun dövlət himnləri səslənib.
Dövlət başçıları fəxri qaravul dəstəsinin qarşısından keçiblər. Prezident İlham Əliyev “İstana” sarayının fəxri qonaqlar kitabını imzalayıb.
Azərbaycan nümayəndə heyəti Sinqapur Prezidentinə, Sinqapurun dövlət və hökuməti üzvləri isə Prezident İlham Əliyevə təqdim olunub.
Səfər davam edir...

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!