Modern.az

Bakı yaxınlığında 48 desantçının öldüyü qəzadan 32 il ötür - TARİX

Bakı yaxınlığında 48 desantçının öldüyü qəzadan 32 il ötür - TARİX

18 Oktyabr 2021, 11:08

Bu gün Bakı səmasında 57 nəfərin, o cümlədən 48 desantçının ölümü ilə nəticələnən təyyarə qəzasından 32 il ölür.

 

Modern.az Sovet İttifaqının elit Hərbi Desant Qüvvələrinin hərbçilərinin ölümü ilə nəticələnən qəza barədə məlumatı təqdim edir.

 

80-ci illərin sonlarında Qarabağda erməni separatizminin baş qaldırması Cənubi Qafqazda situasiyanı gərginləşdirmişdi. Bu fonda Moskva regiona hərbi qüvvələr, o cümlədən desant birlikləri göndərirdi. Dislokasiya yeri Ukraynanın Bolqrad şəhərində olan 98-ci Hava Desant Diviziyasının 217-ci  əlahiddə paraşüt-desant alayı da bölgədə gərginliyin qarşısını almaq üçün Azərbaycana və Ermənistana göndərilmişdi.

217-ci alayın 8-ci bölüyü 1988-ci ilin martında Ermənistan Atom Elektrik Stansiyasının mühafizəsinə, həmin ilin iyul-avqust aylarında Azərbaycanın Xankəndi şəhərində ictimai asayişin mühafizəsinə, 1988-1989-cu illərdə Yerevanda, 1989-1990-cı illərdə isə Bakıda xidmət aparıb.

 

Bütün desant birlikləri kimi, 8-ci paraşüt-desant bölüyü də strateji obyektlərin mühafizəsi, patrul və komendant saatı başladıqdan sonra ictimai asayişin müdafiəsinə cəlb olunub. Döyüş tapşırığını yerinə yetirdikdən sonra 217-ci alay Bolqrad şəhərindəki dislokasiya yerinə qayıdırdı. Bakıdan “Nasosnı” aerodromuna qədər alay texnikanın müşayiəti ilə marş edir.

 

“Nasosnı” aerodromundan alay 10 İl-76 təyyarəsi ilə əsas bazaya qayıdır. Birinci təyyarədə Hava Desant Diviziyasının 8-ci bölüyü olur. Bundan başqa, təyyarə göyərtəsində QAZ-66 və 2 desant piyada maşını, 217-ci bölüyün 48 hərbçisi və 9 ekipaj üzvü var idi.

 

Təyyarə havaya qalxdığı anda mühərrik yanmağa başlayır. Sonralar qəzanın səbəbi kimi yenicə təmirdən çıxan mühərrikdə yaranmış nasazlıq əsas göstərilirdi. Yanğın təyyarənin yanacaq borusu və idarəetmə sistemini sıradan çıxardır. Yenidən “Nasosnı” aerodromuna qayıtmağa qərar verən təyyarə kapitanı Xəzər dənizi üzərində təyyarəni geri döndərməyə çalışır amma sahilə 1,5 kilometr çatmamış suya düşür. 8-ci paraşüt-desant bölüyünün 48 nəfərlik şəxsi heyəti və 9 heyət üzvü qəzada həlak olur.

 

1992-1993-cü illərdə 98-ci paraşüt-desant diviziyasının əmlakı Rusiya, Ukrayna və Moldova arasında bölüşdürülüb. 

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi