Modern.az

Kürdəmirdəki qətlin istintaqı YEKUNLAŞDI

Kürdəmirdəki qətlin istintaqı YEKUNLAŞDI

18 Oktyabr 2021, 15:21

Xəbər verildiyi kimi, 22 iyun 2021-ci ildə 1981-ci il təvəllüdlü Ruslan Əsədovun Kürdəmir rayonu ərazisində öldürülməsi faktı ilə bağlı  başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

 

Kürdəmir Rayon Prokurorluğundan Modern.az-a verilən məlumata görə, zərərçəkmişin tanışı, əvvəllər məhkum olunmuş 1989-cu il təvəllüdlü Ramazan Qurbanov şəxsi münasibətlər zəmnində aralarında yaranmış münaqişə zamanı Ruslan Əsədova bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürüb.

 

 

İş üzrə toplanmış sübutlar əsasında Ramazan Qurbanova Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddələri ilə yekun ittiham elan edilib və cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir