Modern.az

Daha 20 təşkilat Gənclər Təşkilatları Milli Şurasına üzv olub

Daha 20 təşkilat Gənclər Təşkilatları Milli Şurasına üzv olub

Qarabağ

21 Noyabr 2012, 12:31

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) Məclisinə 20 yeni təşkilat üzv qəbul olunub. Şuranın mətbuat xidmətindən Modern.az-a bildirilib ki, ARGTMŞ-ı  Məclisinin iclası keçirilib. İclasda təşkilatın cari hesabatının təqdim olunması, təşkilatın məclis sədrinin, baş katibinin seçilməsi və gənclər təşkilatlarının üzvlüklə bağlı müraciətlərinə baxılıb. 
İclas zamanı ARGTMŞ-ın sədri Şahin Seyidzadə tərəfindən 2012-ci ilin iyul – noyabr ayları üzrə cari hesabat təqdim olunub və gələcək planlardan danışılıb.
Şahin Seyidzadə qeyd edib ki, yaxın gələcək üçün təşkilatın əsas strateji prioritetləri gənclər təşkilatların fəaliyyətinin təkmilləşdirilməsi, beynəlxalq əlaqələrin gücləndirilməsi,  gənclər siyasəti və proqramının inkişafı  prosesinə  veridyi tövhəni artırmaqdır. ARGTMŞ məclisinin sədri vəzifəsinə Rəşxan Qaraşlı seçilib, baş katibi vəzifəsinə isə Seymur Hüseynovun  namizədliyi təsdiq edilib. İclas zamanı həmçinin təşkilatların üzvlüklə bağlı müraciətlərinə baxılıb. Səs çoxluğu ilə 20 yeni gənc təşkilat ARGTMŞ-ın üzvlüyünə qəbul olunub.

Bununla da Azərbaycan Respublikası Gənclər Təşkilatlarının  Milli Şuarsına üzv olan təşkilatların sayı 93-ə çatıb.

Modern.az
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar