Modern.az

Nadir səhləb gülünə İlham Əliyevin adı verildi - FOTO

Nadir səhləb gülünə İlham Əliyevin adı verildi - FOTO

21 Noyabr 2012, 13:14

Sinqapurda səfərdə olan Prezident İlham Əliyevin və bu ölkənin başçısı Toni Tanın rəhbərlik etdiyi nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib. Modern.az Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında bütün sahələrdə əməkdaşlıq əlaqələrinin genişlənməsi üçün yaxşı perspektivlər olduğu qeyd edilib. Bildirilib  ki, dövlətlər arasında iqtisadi, ticari və enerji sahələrində müəyyən əlaqələr olsa da bu, hər iki ölkənin mövcud potensialını əks etdirmir. Danışıqlar zamanı iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün əlaqələndirici bir qurumun yaradılması barədə razılığa gəlinib.

Prezident İlham Əliyev  səfər çərçivəsində Sinqapurun Baş naziri Li Hsien Loonq ilə görüşüb. Geniş tərkibdə keçirilən görüşdə iki dövlət arasında müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri müzakirə olunub. Azərbaycan və Sinqapur arasında qarşılıqlı sərmayə qoyuluşu məsələlərinin müzakirəsi zamanı vurğulanıb ki, bu istiqamətdə artıq müəyyən fəaliyyət mövcuddur. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Sinqapurda, habelə qarşı tərəfdən də bir neçə şirkət Azərbaycanda iş qurub.
Görüşdə hər iki tərəf üçün maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Qarşılıqlı səfərlərin daha tez-tez həyata keçirilməsinin əməkdaşlığın uğurlu inkişafında əhəmiyyəti vurğulanıb.

Daha sonra  Sinqapur Respublikasının Prezidenti Toni Tanın adından Prezident İlham Əliyevin şərəfinə rəsmi nahar verilib.
Prezident İlham Əliyev Sinqapura  səfəri çərçivəsində  bu ölkənin paytaxtındakı Milli Səhləb Bağı ilə tanış olub.Bağın icraçı direktorunun müavini Leonq Çi Çieu Prezident İlham Əliyevə  buradakı nadir bitkilər barədə məlumat verib. Bildirilib ki, Milli Səhləb Bağında yetişdirilən və dünyanın heç bir yerində olmayan nadir səhləb gülünə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adı verilib. Həmin gülün sertifikatı İlham Əliyevə təqdim olunub.
Prezident İlham Əliyev Sinqapur Milli Səhləb Bağının fəxri qonaqlar kitabını imzalayıb.

Daha sonra Prezident İlham Əliyev Sinqapur botanika bağları kompleksinin ərazisindəki Milli Səhləb Bağı ilə tanış olub. Məlumat verilib ki, 70 hektar ərazisi olan bağın təməli XIX əsrin sonlarında qoyulub. Tropikal memarlığın ən mükəmməl nümunələrindən olan bu bağda səhləb güllərinin yetişdirilməsinə XX əsrin əvvəllərindən başlanıb. 1928-ci ildə burada səhləb güllərinin milli səviyyədə qorunması qərara alınıb. İndi bağın kolleksiyasında mindən çox səhləb gülü növü var və onun yeni növlərinin yetişdirilməsi ilə bağlı tədqiqatlar davam edir. Burada, həmçinin elmi tədqiqatların aparılması üzrə mərkəz də fəaliyyət göstərir.

Prezident İlham Əliyevə Milli Səhləb Bağında mövcud olan suvarma sistemləri və soyuq şəraitdə bitkilərin yetişdirilməsi barədə məlumat verilib.
Sonda dövlətimizin başçısına Milli Səhləb Bağının fəaliyyəti və burada yetişdirilən növlər barədə məlumatların toplandığı kitab və bukletlər təqdim olunub.



Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir