Arxiv
19 Oktyabr 2021, 09:40 | DÜNYA
Vaşinqton-Ankara GƏRGİNLİYİ: F-35 proqramından çıxarılma Türkiyəyə milyardlarla dollar ziyan vurub

“F-35 proqramından kənarlaşdırılma Türkiyə üçün ciddi itkidir  və nəticədə müdafiə sənayesinə milyardlarla dollar ziyan vurulub”.

 

Bu sözləri Modern.az-a açıqlamasında təhlükəsizlik və terrorla mübarizə üzrə türkiyəli mütəxəssis İmbat Muğlu deyib.

 

Onun sözlərinə görə, Rusiya və Türkiyə arasındakı münasibətlər Amerikanı narahat edir:

 

“F-35 proqramı ABŞ və yaxın müttəfiqlərinin hərbi qabiliyyətlərini artırmaq üçün “Lockheed Martin” tərəfindən hazırlanan yeni nəsil döyüş təyyarə proqramıdır. Türkiyə 1999-cu ildən proqramın vacib üzvüdür və əvvəldən bu ortaqlığa böyük töhfələr verib, əhəmiyyətli qaynaqlar ayırıb. Amma 2017-ci ilin dekabrında Türkiyənin Rusiya ilə S-400 hava hücumundan müdafiə sistemi almaq üçün müqavilə  imzalaması Ağ Ev və Pentaqonu narahat etməyə başladı. Amerika rəhbərliyi Türkiyəni NATO qarşısında öhdəliklərini yerinə yetirdiyinə görə tərifləsə də, Rusiyadan aldığı müdafiə sisteminin ABŞ və müttəfiqləri üçün ciddi təhdid yaratdığını hələ də bildirir. ABŞ rəhbərliyi Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemini almasının F-35 proqramına zərər verəcəyini qeyd edir. Rusiyadan S-400-lərin ilk hissələrini aldıqdan sonra ABŞ rəhbərliyi Türkiyənin bu proqramda iştirakını azaltmaq üçün addımlar atmağa başladı.

 

2019-cu ilin iyul ayında ABŞ və NATO S-400-lərin NATO sistemlərinə uyğun olmamamsı və bəzi gizli hərbi məlumatların Rusiyanın əlinə keçə biləcəyi səbəbiylə Türkiyəyə sərt reaksiya verməyə başladı. Bu çərçivədə Türkiyə layihə ortağı olduğu F-35 yeni nəsil döyüş təyyarələrinin istehsal prosesindən xaric edildi”.

 

 

İmbat Muğlunın sözlərinə görə, əslində Türkiyə F-35 proqramında qalmaq istəyini ən yüksək səviyyədə dəfələrlə dilə gətirib və beynəlxalq hüquq çərçivəsində bunun yollarını axtarmağa başlayıb:

 

“ABŞ rəhbərliyi bu yaxınlarda Türkiyəyə F-35 əvəzinə 70 ədəd F-16 təklif etdi. Türkiyə isə təbii olaraq bununla razılaşmadı. Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ-ın təqdim etdiyi təklifə cavab olaraq Türkiyənin müdafiə ehtiyacları üçün lazım olan addımları atmağa qərar verdikləri söylədi və yeni F-16-ların hərbi hava donanmasını gücləndirəcəyini bildirdi. Bu mesaj təqdim olunan təklifin məqbul olduğunu göstərir. Ancaq ABŞ-ın bu prosesi necə idarə edəcəyi və təkliflərinin arxasında nə qədər dayanacağı həmişə sual altındadır. Çünki Pentaqon ayrı bir tel üzərində oynayarkən, Ağ Ev başqa bir tel üzərində oynayır. Məncə, Türkiyə ilə ABŞ arasında Şərqi Aralıq dənizi, Liviya, Əfqanıstan, İraq və ən əsası Suriyadakı əlaqələr bu qərara aydınlıq gətirəcək. Bu qərardan sonra Türkiyənin Rusiya ilə iqtisadi, siyasi və mədəni əməkdaşlığı davam edir. Ancaq Suriya və Şərqi Aralıq dənizindəki mövcud vəziyyətin davam edib-etməyəcəyi, Rusiyadan ikinci dəfə S-400 hava hücumundan müdafiə sisteminin alınması və digər silah sənayesində əməkdaşlıq etmək istəkləri də yaxın gələcəkdə məlum olacaq”,- deyə ekspert bildirib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İraqda 5 terrorçu zərərsizləşdirildi 5 Dekabr 2021, 00:31 Hansı Avropa ölkələrində daha çox siqaret çəkilir? 5 Dekabr 2021, 00:18 Bakı və İrəvan arasındakı “barter"də kim qazandı... - TƏHLİL 5 Dekabr 2021, 00:12 Qarabağda daha bir erməni hərbçinin qalıqları TAPILDI 4 Dekabr 2021, 23:50 Dünyanın turizm paytaxtı bu şəhər olacaq 4 Dekabr 2021, 23:31 Zərərsizləşdirilən erməni təxribatçının cəsədi təhvil VERİLDİ 4 Dekabr 2021, 23:15 İranın nüvə obyekti yaxınlığında PARTLAYIŞ 4 Dekabr 2021, 22:59 “Ərdoğan Putinlə Zelenski arasında dialoq təşkil edə bilər” 4 Dekabr 2021, 22:44 ATƏT XİN başçılarının görüşünü keçirməyə HAZIRDIR 4 Dekabr 2021, 22:26 Keniyada avtobus çaya düşdü - 23 ölü  4 Dekabr 2021, 22:13 Ərdoğanın mitinqi öncəsi terror aktının qarşısı ALINDI 4 Dekabr 2021, 21:55 Türkiyədə koronavirusla bağlı son vəziyyət 4 Dekabr 2021, 21:48 “Telegram”ın işində nasazlıq 4 Dekabr 2021, 21:33 Təhvil verilən erməni hərbçilərin adları açıqlandı 4 Dekabr 2021, 21:14 Rusiyanın Suriyada kürd HƏMLƏSİ 4 Dekabr 2021, 21:01 Bayden və Putin bu tarixdə danışacaq 4 Dekabr 2021, 20:47 Ukraynaya daha çox "Bayraktar" SATILIB? 4 Dekabr 2021, 20:33 “Keçən bir il onu göstərir ki, artıq Ermənistan-Azərbaycan münaqişəsi başa çatıb” 4 Dekabr 2021, 20:16 "Qarabağ" "Sabah"ı darmadağın etdi - Qış çempionu oldu 4 Dekabr 2021, 20:13 İndoneziyada vulkan püskürdü - Ölü və yaralılar var 4 Dekabr 2021, 20:07 Şabranda quşçuluq sexində yanğın 4 Dekabr 2021, 19:55 "Instagram"da nasazlıq yarandı 4 Dekabr 2021, 19:47 Gürcüstan silkələndi 4 Dekabr 2021, 19:39 ABŞ "Əl-Qaidə" liderinə zərbə endirdi 4 Dekabr 2021, 19:26 Hüquq müdafiəçiləri nazirlə Tofiq Yaqublunun vəziyyətini müzakirə etdi 4 Dekabr 2021, 19:21 Aİ-dən Latın Amerikasına 3.4 milyardlıq yardım 4 Dekabr 2021, 19:09 Ermənistan digər ərazilərin mina xəritələrini də Azərbaycana VERDİ 4 Dekabr 2021, 18:41 Sahil Babayev məşhur teleaparıcının oğlunu vəzifəyə təyin etdi - FOTO 4 Dekabr 2021, 18:32 Azərbaycan daha 10 erməni hərbçini TƏHVİL VERDİ 4 Dekabr 2021, 18:29 Azərbaycan və Türk diaspor təşkilatlarının əməkdaşlığı 4 Dekabr 2021, 18:20 İran parlamenti sədrinin 1-ci müavini Azərbaycan səfirini təbrik edib 4 Dekabr 2021, 18:18 Keçmiş prezident Putinin partiyasına sədr seçildi 4 Dekabr 2021, 18:11 “İçərişəhər”in direktor müvini koronavirusdan öldü 4 Dekabr 2021, 17:49 Ermənistanda polis polkovniki həbs edildi 4 Dekabr 2021, 17:46 Ərdoğan Türkyənin brendini niyə dəyişdirdi... - FOTO 4 Dekabr 2021, 17:22
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?