Modern.az

Koronavirus xəstəsi ÇAYXANADA

Koronavirus xəstəsi ÇAYXANADA

Aktual

19 Oktyabr 2021, 10:36

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, rayonun Qıpçaq kənd sakini Tural Abdıyevə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib. Polis əməkdaşları tərəfindən həmin şəxs kənd ərazisindəki çayxanada aşkarlanıb. İnfeksiyanın yayılmasına şərait yaradan T.Abdıyev tibbi prosedurlar da gözlənilməklə evinə geri qaytarılıb.
Onun barəsində Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı