Modern.az

Qənirə Paşayeva türkmənlərlə görüşüb

Qənirə Paşayeva türkmənlərlə görüşüb

Aktual

21 Noyabr 2012, 14:40

Bakıda səfərdə olan tanınmış İraq-Türkman yazıçıları – Türkmən millət vəkili, İraq-Türkman Ədəbiyyatçı və Yazarlar Birliyinin (İTƏYB) başqanı Əsat Ərbil (Əsat Şakir Əmin) və “Türkman Reform” Radiosunun direktoru, İTƏYB-in tanınmış simalarından olan Riyaz Dəmirçi bugün Azərbaycan-İraq Parlament­lərarası Dostluq Qrupunun üzvü, “Avrasya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin (ABAİ İB) sədri Qənirə Paşayeva ilə görüşüblər.

Qonaqları Bakıda salamlamaqdan məmnun olduğunu deyən deputat İraqda yaşayan soydaşlarımızla Azərbaycan arasında qar­daşlıq bağlarının daha da möhkəmlənməsinin zəruriliyindən danışıb. Cari ildə ABAİ İB-in təşkilatçılığı ilə Azərbaycanda keçirilən “İraq-Türkman Ədəbiyyat-Sənət Həftəliyi” və digər ortaq tədbirlər, qar­şılıqlı səfərlər haqqında danışan Qənirə Paşayeva hər yeni görüşün, yeni səfərin bir başlanğıc olduğunu vurğulayıb.

Özünün də dəfələrlə İraqda yaradıcı səfərdə ol­duğunu qeyd edən xanım millət vəkili bir-birimizin problemlərimizi dilə gətirməyin, əsərlərdə əks etdirməyin ümumi işin, Türk Dünyasının, ümumən insanlığın nəfinə olduğuna inandığını deyərək, iki ünlü yazarın bu səfərinin də təsirsiz olmayacağını deyib.

Əsat Ərbil və Riyaz Dəmirçi Qənirə Paşayeva ilə görüşdən məmnun olduqlarını qeyd edərək, Azərbaycana səfərdən zəngin təəssüratlarla ayrılacaq­larını, Bakını, Azərbaycanı özlərinə doğma bildiklərini xüsusi vurğulayıb, Azərbaycanın problemlərini, uğurlarını öz canlarında hiss etdiklərini deyiblər.

 

 

 

 

 

 

 

 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi