Modern.az

Prezident sabiq deputatla bağlı sərəncam VERDİ

Prezident sabiq deputatla bağlı sərəncam VERDİ

19 Oktyabr 2021, 15:06

Prezident İlham Əliyev sabiq deputat Valeh Ələsgəovla bağlı sərəncam imzalayıb.

Modern.az xəbər verir ki, sərəncama görə, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Valeh Feyruz oğlu Ələsgərov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 

Valeh Ələsgərov üçüncü, dördüncü və beşinci çağırış Milli Məclisin deputatı, parlament sədrinin müavini olub.

O, 2020-ci ilin mayında Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri təyin edilib.

Qeyd edək ki, bu gün - 19 oktyabr tarixində Valeh Ələsgərovun 75 yaşı tamam olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı