Arxiv
19 Oktyabr 2021, 15:29 | QARABAĞ
II Qarabağ Müharibəsində ölən erməni məşhurlar - SİYAHI

Azərbaycanın şanlı qələbəsi ilə başa çatan İkinci Qarabağ Müharibəsindən 1 il ötür. Azərbaycan Ordusu ötən il 44 gün ərzində Ermənistan Ordusunu və onun möhkəmləndirilmiş hərbi mövqelərini darmadağın edərək, 30 illik işğala son qoydu.

 

27 sentyabr 10 noyabr aralığında davam etmiş döyüşlərdə rəsmi məlumatalara görə, 4 min, qeyri-rəsmi məlumatalara əsasən isə 7 minədək erməni hərbçi və onlara qoşulan muzdlular məhv edilib. Məhv edilənlər arasında bir sıra məşhur ermənilər də var.

Qeyd olunmalıdır ki, döyüş meydanlında fiziki cəhətdən məhv edilən düşmən məşhurları ilə yanaşı, müəyyən səbəblərdən hərbi əməliyyatlarda iştirak etməyən bir çox məşhurlar da məğlubiyyətin verdiyi mənəvi stress fonunda ölüblər.
 

Onlar arasında Birinci Qarabağ Müharibəsinin iştirakçısı, hərbi cinayətkar Manvel Qriqoryanı qeyd etmək olar. O, Ermənistanın Qarabağ məğlubiyyətinin şokundan ölmüşdü. General Qriqoryan 2020-ci il noyabrın 19-da 64 yaşında evində ölü tapılıb. Azərbaycanlılara qarşı xüsusi amansızlığı ilə seçilən eks-deputat barəsində bir neçə maddə ilə cinayət işi açılmışdı.

Birinci Qarabağ Müharibəsində Şuşanın işğalına rəhbərlik etmiş general-mayor Arkadi Ter-Tadevosyan da 44 günlük savaşın ardından ölmüşdü. Tadevosyan 2021-ci il martın 31-də İrəvanda keçinib. Keçmiş döyüş yoldaşları “Arkadini Şuşanın itirilməsinin acısı öldürdü”, -deyə onun qəfil ölümünü şərh ediblər.
 

Modern.az saytı 44 günlük hərbi əməliyyatlar dövründə məhv edilən erməni məşhurların siyahısını diqqətə çatdırır. 

 

2020-ci il oktyabrın 5-də “Alaşkert-2” klubunun oyunçisu - 22 yaşlı Liparit Daştoyan Qarabağ döyüşlərində öldürülən tanınmış ermənilərdən idi.

 

Qarabağ uğrunda gedən döyüşlərdə triatlon və pauerliftinq üzrə Ermənistan çempionu Tatul Arutunyan da məhv edilib. O, oktyabrın 4-də öldürülüb.

 

Oktybarın 6-da Qarabağda gedən döyüşlərə könüllü qatılmış Livan ermənisi, opera müğənnisi Qevorq Xacyan da məhv edilib.

 

Yerevanın “Lokomotiv” klubunun yarımmüdafiəçisi, 18 yaşlı Erik Saryan oktyabrın 17-dəki döyüşlərdə öldürülüb.
 

Qarabağ döyüşləri sırasında top atışı zamanı çəkilən fotosu ilə məşhurlaşan 19 yaşlı Albert Ovannisyan sentyabrın 29-da məhv edilib.   

Döyüşlərdə “Qara pantera” könüllü hərbi birləşməsinin komandiri, Ermənistan parlamentinin eks-deputatı Rüstəm Qasparyan da öldürülənlər məşhurlar sırasına daxildir. O, 26 yaşlı oğlu Rafael Qasparyan ilə birlikdə dron zərbəsi zamanı məhv edilmişdi. Rüstəm Qasparyan Birinci Qarabağ Müharibəsində də aktiv iştirak etmişdi.

 

Oktybarın 21-də Yerevan Dövlət Pantomima Teatrının artisti 36 yaşlı Ovannes Acinyan öldürülüb.

 

Ermənistanın gənclərdən ibarət basketbol komandasının oyunçusu Aram Mkrtçyan da döyüşlərə qatılmışdı. Onun cəsədi 2021-ci ilin aprelində Cəbrayıl rayonu istiqamətində tapıldı.

 

“Erməni Milli Konqresi”nin üzvü, eks-deputat David Matevosyan oktyabrın 23-də Xocavənd rayonu istiqamətində məhv edilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
"Omicron" Braziliyada da AŞKARLANDI 3 Dekabr 2021, 17:50 Qazaxıstan Atom Elektrik Stansiyası tikəcək - Nazarbayev 3 Dekabr 2021, 17:45 Azərbaycanlı şərqşünasın Mehriban Əliyeva haqqında məqaləsi ərəb KİV-lərində gündəm olub 3 Dekabr 2021, 17:40 Nazir ATƏT-in baş katibi ilə üçtərəfli bəyanatları müzakirə etdi 3 Dekabr 2021, 17:34 “Azəriqaz”dan jurnalistlər üçün növbəti “Açıq qapı” AKSİYASI 3 Dekabr 2021, 17:30 Dollar yeni həftəyə belə başlayacaq 3 Dekabr 2021, 17:25 Marallarda koronavirus aşkarlandı 3 Dekabr 2021, 17:20 "YAŞAT"a daxil olan vəsait MƏBLƏĞİ 3 Dekabr 2021, 17:15 Qarabağa gedən yollarda niyə postlar qurulub? - DİN AÇIQLADI 3 Dekabr 2021, 17:10 ADU-də “Bir günlük xəlifə”lər seçilib 3 Dekabr 2021, 17:06 COVID xəstəsi saxlanıldı 3 Dekabr 2021, 17:03 “AzerGold”dan tender qalmaqalı ilə bağlı AÇIQLAMA 3 Dekabr 2021, 17:00 Əfqanıstanda qadını zorla ərə vermək qadağan olundu 3 Dekabr 2021, 16:57 DİM vətəndaşlara müraciət etdi 3 Dekabr 2021, 16:53 ABB “İlin bankı” oldu 3 Dekabr 2021, 16:50 Mina axtarışında ilk dəfə itlərdən istifadə olundu 3 Dekabr 2021, 16:46 Ceyhun Bayramov ATƏT-in media azadlığı üzrə nümayəndəsi ilə görüşüb 3 Dekabr 2021, 16:43 Azərbaycan və Ermənistan arasında vəziyyət həssas olaraq qalmaqdadır  3 Dekabr 2021, 16:40 UNEC İqtisadi Forumu: “Postpandemiya dövründə biznes transformasiyası” 3 Dekabr 2021, 16:35 Xaricdə alınan 67 diplom TANINMADI 3 Dekabr 2021, 16:30 Qubada əl qumbarası tapılıb 3 Dekabr 2021, 16:26 Lirə rekord həddə ucuzlaşdı 3 Dekabr 2021, 16:21 Azərbaycan və Ukrayna XİN başçılarının görüşü olub 3 Dekabr 2021, 16:16 Narkotik satanlar saxlanıldı 3 Dekabr 2021, 16:10 NATO-nun Mobil təlim qrupu Azərbaycanda 3 Dekabr 2021, 16:05 2 ölkə nazirləri görüşdü 3 Dekabr 2021, 16:00 “Tofiq Yaqubluya edilən zorakılığı təxribat hesab edirəm” 3 Dekabr 2021, 15:54 “Addım-addım Vətən”nin BAĞLANIŞI 3 Dekabr 2021, 15:48 Qarabağa mal-qaranın köçürülməsinə hazırlıqlar gedir 3 Dekabr 2021, 15:42 Türkiyə-Azərbaycan birgə universitetin fəaliyyət istiqamətləri AÇIQLANDI 3 Dekabr 2021, 15:36 Kəlbəcərin Tutxun təzahüründə geoloji-axtarış işlərinə başlanılıb - Nazir 3 Dekabr 2021, 15:30 “Pensiya ilə yanaşı, müavinətlər də artacaq” 3 Dekabr 2021, 15:24 Füzulidə karantin nöqtələri yaradılacaq 3 Dekabr 2021, 15:18 Avtomobildən 10 min manatdan artıq pul oğurlandı - VİDEO 3 Dekabr 2021, 15:12 “Elə bil ki, dünyanın başı xarab olub” - Prezidentin müşaviri ilə MÜSAHİBƏ - II HİSSƏ 3 Dekabr 2021, 15:06
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?