Modern.az

Bakıda bağça koronavirusa görə bağlandı

Bakıda bağça koronavirusa görə bağlandı

19 Oktyabr 2021, 17:15

Bakıda bir bağça koronavirusa görə bağlanıb.

 

Bu barədə Modern.az-a Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisəsləri İdarəsindən məlumat verilib.

 

Məlumatda deyilir: "Bağçalardan birində 3 müəllimin koronavirusa yoluxduğu aşkarlanıb. Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı ilə müəssisəsinin fəaliyyəti 14 gün müddətinə dayandırılıb. Uşaqlar arasında yoluxma yoxdur".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat