Modern.az

Afrikada güc mübarizəsi: Türkiyənin mövqeyi

Afrikada güc mübarizəsi: Türkiyənin mövqeyi

Aktual

19 Oktyabr 2021, 22:35

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrika qitəsinə səfər edib. 17-20 oktyabr tarixlərində Türkiyə lideri Atlantik Okeanı sahillərində yerləşən Anqola və Afrikanın qərbində yerləşən Toqo və Nigeriyada olacaq. Bununla da Ərdoğan Afrikadakı 54 ölkədən 30-nu ziyarət etmiş olacaq. Keçən il Afrikada son səfərini Əlacəzair, Qambiya və Seneqala təşkil edən Ərdoğanın Anqola, Toqo və Nigeriyaya səfərləri Afrika ölkələri ilə əlaqələrin inkişaf etdirilməsində əhəmiyyətli addımdır. Ərdoğan Afrika liderlərindən başqa Afrikanı ən çox ziyarət edən lider olub.

 

Türkiyənin Afrika ölkələri ilə əlaqələrinin tarixi çox qədimlərə - Osmanlı dövlərinə gedib çıxır. Bir müddət əvvəl Britaniyanın “Financial Times” nəşri yazırdı ki, Osmanlı İmperatorluğunun süqutundan sonra Türkiyə rəsmiləri Afrikanı böyük ölçüdə görməzlikdən gəliblər. Lakin Ərdoğanın hakimiyyətə gəlməsindən sonra bu yanaşma dəyişib. Rəsmi Ankara Afrikadakı yumşaq gücü ilə qitədə Körfəz ölkələri, eləcə də ABŞ, Fransa, Çin və Rusiya təsirinə qarşı çıxmaq niyyətindədir.

 

Türkiyədə 1998-ci ildə “Afrika Fəaliyyət Planı”nı qəbul edilib, 2005-ci il “Afrika İli” elan edilib, 2008-ci ildən Türkiyə-Afrika zirvələri təşkil edilib.

 

Afrika ölkələri ilə münasibətlərdə “dostluq” və “qardaşlıq” şüarını əldə rəhbər tutan Türkiyənin təxminən 1.3 milyard əhalisi olan qitənin 43 ölkəsində səfirliyi var. Qeyd edək ki, 2009-cu ildə Ankara sadəcə 12 Afrika ölkəsində səfirlik səviyyəsində təmsil olunurdu.

 

Türkiyənin Afrikaya yatırımı 7 milyard dollara yüksəlib. 2003-2018-ci illər arasında Türkiyənin qitəyə ixracı 579% artıb. 2003-cü ildə Ankara Afrika ilə ticarət həcmi 5,3 milyard dollar idisə, indi 25 milyard dolları keçib.

 

2000-ci illərdən sonra dünyada iqtisadi baxımdan ön plana çıxan Çin də Afrikaya sərmayələrini artırıb. Çinin Afrika ilə ticarət həcmi 205 milyard dollardır. Pekinin qitədə yatırımları 360 milyard dollar çatıb.

 

İki ölkənin investisiya profilləri iqtisadi cəhətdən çox fərqlənsə də, Çinin ümumi investisiyalarının 18,5 faizini Afrika sərmayələri təşkil edir, Türkiyənin ümumi xarici investisiyalarında isə 15 faizlik paya malikdir.

 

Digər tərəfdən Türkiyənin müdafiə sənayesi Afrika ölkələrinə ixracatında artım var. Ankara qitədə yerləşən müxtəlif ölkələrə zirehli maşınlar, pilotsuz uçuş aparatları və digər müdafiə sənayesi məhsulları ixrac edib.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır