Modern.az

Koronavirusa yoluxma 4 faiz azalıb - ÜST

Koronavirusa yoluxma 4 faiz azalıb - ÜST

Aktual

20 Oktyabr 2021, 09:00

Son bir həftə ərzində dünyada 2,7 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 46 mindən çox insan isə koronavirusdan ölüb.

 

Modern.az-ın  məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik bülletenində deyilir.

 

Məlumata əsasən, daha öncəki həftə ilə müqayisədə yoluxma hallarının sayı 4 faiz, ölüm hallarının sayı isə 2 faiz azalıb:

 

"Oktyabrın 11-dən oktyabrın 17-dək koronavirusa 2 763 957 nəfər yoluxub, 46 140 nəfər isə koronavirusdan ölüb, bu isə öncəki həftə ilə müqaysədə müvafiq olaraq 4 və 2 faiz azalıb".

 

Bundan əlavə bildirilir ki, ilk dəfə Böyük Britaniyada aşkarlanan "alfa" ştammı 197 ölkədə, "Delta" ştammı 193 ölkədə, "beta" ştammı 145 ölkədə, "qamma" ştammı isə 99 ölkədə qeydə alınıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?