Modern.az

Eldəniz Quliyev Talış Birliyinin yaranış səbəbini şərh etdi

Eldəniz Quliyev Talış Birliyinin yaranış səbəbini şərh etdi

21 Noyabr 2012, 17:30

“Nə deyirlər-desinlər, elə şeylərə çoxda fikir vermirəm. Əsas odur ki, öz ziyalı missiyamızı yerinə yetiririk və o zonadan olan mütərəqqi fikirli ziyalılarla, alimlərlə və din xadimləri ilə bir araya gəlib dağınıq olan talış təşkilatlarını bir araya gətirmişik”. Bunu Modern.az-a açıqlamasında Ziyalılar Forumunun üzvü Eldəniz Quliyev yeni yaratdıqları Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyinin yaranış səbəbini şərh edərkən bildirib.

E. Quliyev bildirib ki, bu birlik bəzi separat meyllərində olanları neytrallaşdırmaq məqsədi güdür. “Çünki kifayət qədər separatçı qüvvələr var ki, həm Rusiyanın, həmdə digər qrupların müdaxiləsi ilə pis yola yönəliblər. Biz çalışdıq ki, bunun qarşısını alaq. Hesab edirəm ki, bu bizim ziyalı borcumuzdur. Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyi heç də elə-belə yazılmayıb. O həqiqətən dövlətçiliyi uca tutacaq və əsas götürəcək”.
E. Quliyev bildirib ki, etnik azlıqlara qaşı sayqısızlıq dövlətçiliyimizə təhlükədir və təşkilat bunun qarşısını almaq məqsədi güdür:
“Burada əsas məqsəd talışların mədəni irsini, milli-mənəvi dəyərlər sistemini, dilini qorumaqdır. Eyni zamanda bərabərhüquqlu Azərbaycan vətəndaşları olmaqlarını dərk etdirməkdir. Çünki Azərbaycan təkcə azəri türklərindən ibarət deyil. Çoxsaylı millətik, hamımız eyniyik və Azərbaycan vətəndaşıyıq. Son zamanlar baş verən hadisələr, bəzi məmurların özbaşınalığı dövlətçiliyə təhlükə yaradır. Ziyalılar Birliyi yaranandan bu təzyiqlərin içindəyəm. İstiqlaliyyət, demokratiya, mənəviyyat, milli-mənəvi dəyərlər uğrunda mübarizə aparırıqsa, təzyiqlər həmişə olacaq”. 

Anar Kəlbiyev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır