Modern.az

Universitetdən xaric edilən tələbənin işi məhkəməyə təqdim edilib

Universitetdən xaric edilən tələbənin işi məhkəməyə təqdim edilib

17 Fevral 2010, 17:59

Yazdığı tənqidi məqaləyə görə təhsil aldığı Azərbaycan Dövlət Neft Akademiyasından xaric olunan jurnalist-tələbə  Elmin Bədəlov bu gün təhsil hüququnun bərpa edilməsi üçün məhkəməyə müraciət edib.

 

Bu barədə keçmiş tələbə Elmin Bədəlov özü məlumat verib. E.Bədəlov bildirir ki, bu gün Nəsimi Rayon Məhkəməsinə işi təqdim edib: “Bir neçə gün idi ki, sənədləri toplayır və iddia ərizəsini hazırlayırdıq. Artıq bu gün bütün sənədləri hazırladıqdan sonra Nəsimi Rayon Məhkəməsinə gedib işi təqdim etdim.

İddia ərizəsində hərəkətlərinə görə cavabdehlər Azərbaycan Dövlət Neft Akademiyası və ali məktəbin rektoru Siyavuş Qarayevdir. ADNA-nın rektoru Siyavuş Qarayevin 19 yanvar 2010-cu il tarixli əmrinin qanunsuz olduğunu bildirirəm. Mənə göstərilən təzyiqlərə görə ADNA rektorunun  əmri ləğv edilməlidir”.

Elmin Bədəlov deyir ki, o, təhsil aldığı Azərbaycan Dövlət Neft Akademiyasında baş verən rüşvət halları ilə bağlı yazdığı yazısına görə ali məktəbdən xaric edilib. Jurnalistin hüquqlarını Media Hüququ İnstitunundan vəkil Fariz Namazlı müdafiə edir.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu