Modern.az

Milli QHT Forumu yeni prezidentini seçəcək

Milli QHT Forumu yeni prezidentini seçəcək

Qarabağ

21 Noyabr 2012, 17:40

Milli Qeyri-Hökumət Təşkilatları Forumunun 8-ci qurultayı gözlənilir. Qurultay dekabrın 10-da olacaq. Bu barədə Modern.az-a Milli QHT Forumunun prezidenti Rauf Zeyni məlumat verib. O bildirib ki, bu, hesabat-seçki qurultayıdır.

“Forumun rəhbər orqanlarına, prezidentliyə, idarə heyətinə və nəzarət-təftiş komissiyasına seçkilər keçiriləcək. 592 təşkilat hazırda forumun üzvüdür. Biz bütün üzvlərimizi bu seçkilərdə, qurultayda aktiv iştirak etməyə çağırırıq. Eyni zamanda forumun üzvü olan təşkilatların rəhbərlərini, QHT liderlərini forumun prezidentliyinə, idarə heyətinə və nəzarət müfəttişliyinə öz namizədliklərini irəli sürməsini təklif edirik və bu işlərdə də fəal olmağa çağırırıq. Təşkilati işlər görülüb, forumun idarə heyətinin üzvlüyü sonuncu iclasda 21-dən 27-yə qaldırılıb. Bu, da  ondan irəli gəlir ki, forumun artıq üzvlərinin sayı 600-ə çatıb”.

  R. Zeyni bildirib ki, forumda beynəlxalq təşkilatlar da iştirak edəcək: “Demokratik bir mühitin, şəffaflığın olması bizim üçün çox vacib bir məsələdir. Ona görə də beynəlxalq təşkilatlar da bizim bu işlərdə aktiv iştirak edəcəklər. Eyni zamanda, dövlət qurumları, özəl sektorlar qurultayda aktiv iştirak edəcəklər, çünki 4 ildən bir keçirilən bu hesabat-seçki qurultayı  çox vacib bir ictimai hadisədir. Avropa Birliyi, Avropa Şurası, BMT, Avropa İttifaqı və digər təşkilatların təmsilçiləri tədbirdə iştirak edəcəklər. Forumun Akademik Milli dram Teatrında keçirilməsi gözlənilir”.  

Nihadə Eyyubova
 
Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır