Modern.az

Türkiyəli ekspert: Təhlükəsizlik Şurasının 5 daimi üzvü dünyanı xaosa aparır

Türkiyəli ekspert: Təhlükəsizlik Şurasının 5 daimi üzvü dünyanı xaosa aparır

Aktual

20 Oktyabr 2021, 14:32

İstanbulda mitinq zamanı çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Təhlükəsizlik Şurasının formalaşması sistemini ədalətsiz adlandırıb. Türkiyə prezidentinin fikrincə, dünyanın bütün dövlətləri BMT TŞ-nın işində iştirak etmək imkanına malik olmalıdır:


“Dünya birliyinin taleyi Təhlükəsizlik Şurasının beş daimi üzvünün əlində ola bilməz”.

 

Rusiya xarici işlər naziri də Sergey Lavrov Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla həmrəylik ifadə edib.

 

Doğrudan da, BMT-nin 5 daimi üzvü- Çin, Fransa, Rusiya, Böyük Britaniya və ABŞ-ın dünyanın bütün siyasi, geosiyasi və təhlükəsizlik məsələlərini həll edə biləcəyinə ümid çox idi. Amma son dövrlərdə dünyada baş verən hadisələr göstərir ki, BMT dünyada üzərinə düşən vəzifəni yerinə yetirə bilmir. Bu da o deməkdir ki, BMT-nin yeniləşməsinə ehtiyac var. Son zamanlar BMT Təhlükəsizlik Şurasının tərkibinin genişlənməsini tələb edən ölkələr fəaliyyətlərini aktivləşdiriblər. Söhbət ilk növbədə, Braziliya, Hindistan, Almaniya və Yaponiyadan kimi ölkələrdən gedir. Bu ölkələr şərti olaraq "dördlər qrupu"nu yaradıblar və BMT TŞ-yə daimi üzv olmaq uğrunda mübarizə aparırlar. Türkiyə də TŞ-də islahatların aparılmasına ciddi ehtiyac olduğunu bildirir.

 

 

 

Bəs BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü "masaya əlavə oyunçular" buraxmaq niyyətindədirmi?  Terror və təhlükəsizlik üzrə türkiyəli ekspert Abdullah Ağar Modern.az-a açıqlamasında bildirib ki, dünya bu beş ölkənin istilaları səbəbindən çox dərin bir xaosa doğru gedəcək:

 

“Dünyada Çin kimi geosiyasi güclərin ortaya çıxması, Amerikanın dünya hakimiyyətini qoruya bilməməsi, digər yandan pandemiyanın yaratdığı problemlər yeni savaşların, stratejilərin qurulmasından xəbər verir. Bu sayılan və sayıla bilməyən səbəblərdən dünyanın geosiyasi baxımdan qarışacağını görürük. Təkqütblü dünya ortadan qalxdı, çoxqütblü dünyaya bir gediş var. Amma bəzi inkşaf edən ölkələr beş ölkənin hakimlik etdiyi dünyada “biz də varıq” demək istəyir. Türkiyə də onlardan biridir. Türkiyə açıq olaraq təhdidə məruz qaldığını düşünür, beş ölkənin dünyanın gələcəyini öz mənfəətlərinə uyğun idarə etməsinə etiraz edir, qarşı çıxır. Bu beş ölkə dünyada axtarılan ədaləti, barışı, ölkələr arasında gəlir bölünməsini təsis etsələr, bəlkə Ərdoğanın çıxışı bu qədər maraq doğurmayacaqdı. Bu, onu bildirir ki, onlar insanlığın çarəsi deyil. İkinici Dünya Müharibəsindən sonra qurulan birliyə Ərdoğan bildirir ki, haqsız vəziyyətin dünya səviyyəsində düzəlməsi lazımdır. Yoxsa dünya bu beş ölkənin istilaları səbəbindən çox dərin bir xaosa doğru gedəcək. Belə olanda da əzilənlər haqqı əlindən alanlara qarşı etiraz edəcəklər”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?